Qazaxda zəncirvari avtomobil qəzası, xəsarət alanlar var
23:36 / 26.03.2022
6157
Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sfera.az-aMəlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Üç avtomobilin iştirakı ilə başvermiş zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 3 nəfərin xəsarət alıb və xəstəxanaya aparılıblar.
Xəsarət alanlar- 2004-cü il təvəllüdlü S.Abbasova, 1966-cı il təvəllüdlü M.Abbasova və 1971-ci il təvəllüdlü R.Abbasovdur. Onlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırmalara başlanılıb.