“Qarnındakı nədir, bilmir, deyir, ana, niyə şişdir?” - Gəncədəki zorlamanın təfərrüatı

“Qarnındakı nədir, bilmir, deyir, ana, niyə şişdir?” - Gəncədəki zorlamanın təfərrüatı
Xəbər verdiyimiz kimi, Gəncədə yeniyetmə qızın 62 yaşlı qonşusu tərəfindən hamilə qaldığı iddia olunur.

Sfera.az "Space” TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Məktəb küçəsi 23 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, 17 yaşlı G.İ. qonşuluqda yaşayan Rəşid Gözəlovun cinsi təcavüzü nəticəsində hamilə qalıb.

Cinsi təcavüzə məruz qaldığı iddia olunan qızın bacısı Fatimənin sözlərinə görə, Rəşid onun bacısını izləyib və evdə tək olmasından istifadə edib:

"Avqust ayında mən göz həkiminə gedəndə bacım evdə tək qalıb. Su doldurmağa çıxanda qoca kişi onu izləyib, sonra həyətə daxil olub. Üzünə şillə vurub, saçını yolub, qolundan tutub evimizə aparıb, zorakılıq edib. Saçını yolub ki, heç kəsə deməsin. "Səni öldürəcəm, asacam, kəsəcəm" deyib”.

Ailə qızın hamilə olmasını yanvar ayında öyrənib.

Belə ki, səhhətində dəyişiklik hiss edilən G.İ. xəstəxanaya aparılıb. Müayinə edilərkən məlum olub ki, o, hamilədir.

İttiham olunan Rəşid adlı şəxs mütəmadi olaraq sözügedən evə gəlib. Faktı qonşular da təsdiq edir.

Ailənin tək istəyi Rəşid Gözəlov adlı şəxsin məsuliyyətə cəlb edilməsi və qızın bətnində olan körpənin götürülməsidir.

"Uşağının götürülməsini istəyirəm, çox xahiş edirəm, tezliklə bu iş olsun. Uşağım yata bilmir, dura bilmir. Səhərə qədər başı ağrıyır, yıxılır yerə. Deyir, ana, bu nədir, mənim başıma gəlib. Hələ bilmir ki, bu nədir qarnında. Deyir ki, ana, niyə qarnım şişdir?”, - deyə qızın anası bildirib.

Rəşid Gözəlov deyilənlərin şər və böhtan olduğunu bildirib: "Onlar da, mən də məhkəməyə çıxacağıq”.

Qeyd edək ki, Gəncə şəhər Prokurorluğunun məlumatına görə, cinayət işi üzrə 17 yaşlı yeniyetməni hamilə buraxmaqda şübhəli bilinən 62 yaşlı Rəşid Gözəlov axşam saatlarında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
 


OXŞAR XƏBƏRLƏR

Qəzada ölən "AA" nömrəli maşının sahibi kimdir? - FOTO

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqiliyyat hadisəsi baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə ra...

Polis polkovnik-leytenantı iş başında ÖLDÜ

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib. Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İda...

Üzücü XƏBƏR: 55 min pul yığılan 1 yaşlı uşaq vəfat etdi - VİDEO

"Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Amilimiz də var idi. Bu gün Amili itirdik". Bizim.Media xəbər verir ki, bu...

Azərbaycanlı Məmmədpaşanı Afrikada niyə öldürdülər?: “Onlar çox yaşamır” – TƏFƏRRÜATLAR

"Məmmədpaşa Axundovla şəxsi tanışlığım yoxdur. Amma onu deyim ki, Mavritaniyada qızıl axtaranlar çox yaşamır. Əvvəlcə şirnikləndirirlər, daha sonra bütün var...

Bakıda azyaşlı son anda ölümdən xilas oldu – VİDEO

Bakıda azyaşlı uşaq son anda ölümdən xilas olub.   Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.   Görüntülərdən məlum olur ki, mağa...

Bakıda sürücülər yolu kəsib əlbəyaxa dava etdi - ŞOK VİDEO

Binəqədi-Balaxanı yolunda iki sürücü arasında əlbəyaxa dava baş verib.    Sfera.az xəbər verir ki, görüntülər digər avtomobillərdən birinin ...