Qardaşını qətlə yetirən şəxslə bağlı RƏSMİ AÇIQLAMA
12:26 / 04.04.2022
917
Oğuz rayon prokurorluğu qardaşını qətlə yetirən şəxslə bağlı açıqlama yayıb.
Oğuz rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, aprelin 2-də rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Şirinovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin qardaşı, 1973-cü il təvəllüdlü Namiq Şirinovun yaşadığı evin həyətində Aqil Şirinova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Namiq Şirinov şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.