Qardaş ölkədəki yarışda Azərbaycanı hansı idmançılar təmsil edəcək?

Qardaş ölkədəki yarışda Azərbaycanı hansı idmançılar təmsil edəcək?
Türkiyənin Antalya şəhərində keçiriləcək cüdo üzrə növbəti "Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçularının sayı və adları bilinib.

Sfera.az xəbər verir ki, qardaş ölkədə Azərbaycanı 17 idmançı təmsil edəcək. Bunlardan 13-ü kişi, 4-ü qadın cüdoçudur. Aparıcı idmançılarımızdan heyətdə 73 kq çəki dərəcəsində Hidayət Heydərov və 90 kq-da Məmmədəli Mehdiyev yer almayacaq.

Kişilər: Balabəy Ağayev, Turan Bayramov (hər ikisi -60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi -66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi -73 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi -81 kq), Rüfət İsmayılov (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşanqi Kokauri, İmran Yusifov (hər ikisi +100 kq)

Qadınlar: Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq), Günel Həsənli (-70 kq)

Qeyd edək ki, yarış 1-3 aprel tarixlərində keçiriləcək. "Böyük Dəbilqə” turnirində 70 ölkənin 588 cüdoçusu (353 kişi və 235 qadın) mübarizə aparacaq.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...