“Qarant Sığorta Agenti” "MJM Holding" şirkəti ilə əməkdaşlığa başlayır – FOTOLAR

“Qarant Sığorta Agenti”
Polşanın aparıcı sığorta və təkrarsığorta şirkəti olan "MJM Holding” Azərbaycanda "Qarant Sığorta Agenti ilə sığorta sektorunun inkişafı istiqamətində qarşılıqlı əməkdaşlığa başlayır.

Sfera.az xəbər verir ki, iki qurum arasında keçirilən görüşdə birlikdə həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib.

 

Görüşdə "MJM Holding” şirkətinin hazırda məsləhəttçisi çalışan Kristof Vasilyevski və şirkətin idarə heyətinin vitse-prezidenti Robert Skiba və digər rəsmi nümayəndələr iştirak edib.



25 ildən artıqdır ki, təkrarsığorta üzrə mütəxəssisi işləyən Kristof Vasilyevski bildirib ki, "MJM Holding” şirkəti bir neçə istiqamətdə fəaliyyət göstərir.


"MJM Holdings” Attis Broker, Attis Risk Management, MJM Brokers, MJM Services, Smarttre və Risk Guard kimi şirkətlərin birləşməsindən yaranan şirkətlər qrupudur.


Şirkətin əsas fəaliyyət istiqamətləri: enerji və kimya sənayesi, aviasiya və kosmos, dənizçilik, tikinti, o cümlədən maliyyə və əmlak risklərin sığortalanmasından ibarətdir.


K. Vasilyevskinin sözlərinə görə, Smarttre Polşa bazarında ən böyük təkrarsığorta şirkətlərindən biridir:


"Əsas işimiz birbaşa sığorta üzrə müştərilərlə və təkrarsığorta şirkətləri ilə işləyirik. Bazara yeni sığorta məhsulları və sığorta ideyaları ilə gəlirik. Hal-hazırda Polşa bazarında iki yeni məhsulumuzla gündəmdəyik. Bunlardan biri hazırkı geosiyasi terrorlardan dolayı aktiv olan sığortalar, digəri isə kiberhücumlarla bağlı olan sığorta məhsulumuzdur. Kiberhücumların əsas tərəfi zavodlarda, böyük müəssisələrə olan kiberhücumların sığortalanmasıdır. Bu sığorta məhsulumuz müxtəlif şirkətlər üçün, xüsusən də alüminium və polad şirkətləri üçün önəmlidir. Çünki hal-hazırda kiberhücumlar önəmli problemlərdir.

Kristof Vasilyevski qeyd edib ki, burda olmalarının əsas səbəbi təcrübələrini "Qarant Sığorta”ilə paylaşmaqdır:



"Birgə əməkdaşlığımızın nəticəsində Azərbaycan bazarında böyüməyi planlaşdırırıq. Bizim postsovet ölkələri və digər şərqi Avropa ölkələri ilə müxtəlif təcrübələrimiz var. Bura Pribaltika ölkələri, Estoniya, Latvia, Litvia, başqa şərqi Avropa ölkələri Ruminya, Bolqarıstan və Çex respublikası kimi ölkələri daxil edə bilərik. Həmçinin düşünürük ki, bu təcrübələri Azərbaycan bazarında çox effektiv şəkildə edə bilərik.

 

Enerji sektorunda olan birbaşa sığorta müştərilərimiz var. Bundan başqa hal-hazırda biz dəmir yolları ilə və hava nəqilyyatı şirkətləri ilə də işləyirik. Mən özüm şəxsən qaz sistemi ilə bağlı sığorta məsələləri ilə çalışıram. Bizdə Baltik boru kəməri adlı layihələr var. Bu Polşa ilə Danimarka arasında olan bir layihədir. Biz bunun sığorta məsələlərini işləyirik.Şirkətimiz hazırda mürəkkəb və kompleks müqavilələr üzərində çalışır. Bizim demək olar bütün sığorta sahələrində təcrübələrimiz var”.


Şirkətin idarə heyətinin vitse-prezidenti Robert Skiba Sığorta bazarı ilə əlaqələrin qurulması və satışın inkişafı üçün birgə əməkdaşlığın gələcəkdə uğurlu olacağını vurğulayıb. O, qeyd edib ki, 20 ildən artıqdır ki, sığorta sektorunda peşəkar şəkildə fəaliyyət göstərir.


"Qarant Sığorta Agentinin təsisçisi Elnur Abbaszadə bu əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirərək, bunun növbəti mərhələdə sektorun inkişafı ilə bağlı prioritetlərin birgə realizə olunmasına təkan verəcəyini bildirib.



 

Sonda Elnur Abbaszadə "Qarant Sığorta Agenti” adından qonaqlara simvolik olaraq xarıbülbül nişanı və Bakının təsviri olan hədiyyələr təqdim etdi.

 



Qeyd edək ki, "MJM Holding” 2006-cı ildə təsis edilib. Şirkət Avropa, Asiya vı Amerika bazarlarında aparıcı sığorta və təkrar sığorta şirkətləriylə tərəfdaşlıq etməkdədir. Bu şirkətlərə Munich Re, Lloyd’s of London, AXA XL, Berkshire Hathaway,AIG, Swiss Re və başqa şirkətləri qeyd etmək olar.


OXŞAR XƏBƏRLƏR

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Muzeylərdə “açıq qapı” aksiyası keçirilir – FOTOREPORTAJ

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabe...

Qafqaz - İberoamerika Düşüncə Mərkəzi Aİ - AZƏRBAYCAN biznes forumunda - FOTOLAR

Mayın 17 - də Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Avropadan rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sa...

Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırıldı - FOTOLAR

İctimai Xadim, İş Adamı, "Ganjavi Holding"-in prezidenti Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırılıb. Sfera.az xəbər veri...

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin etdi - FOTO

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı marafonu - 2022” baş tutub. "Küləyə qalib gəl” şüarı altında sayca 5-cisi keçirilən marafonun mühafizə...

İlham Əliyev və Ərdoğanın qatıldığı Rize-Artvin Hava Limanının açılışından maraqlı FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və...