“Qarabağda işlək yollar kamera nəzarəti altında olmalıdır” – Mina təhlükəsindən necə qorunmalı?

“Qarabağda işlək yollar kamera nəzarəti altında olmalıdır” – Mina təhlükəsindən necə qorunmalı?
Bu gün ikisi media əməkdaşı olmaqla 3 vətəndaşımız Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Hadisə nəticəsində digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Maraqlıdır, bu cür faciənin yenidən yaşanmamamsı üçün hansı addımlar atılmalıdır? Partlayışa qurban olmamamaq üçün həll yolu varmı?
 
Məsələ ilə bağlı Sfera.az-a danışan hərbi ekspert İbrahim Rüstəmli faciələrin yaşanmaması üçün lazımi addımların atılmalı olduğunu bildirib. Ekspert eyni zamanda mina partlayışının təxribat xarakterli olduğunu qeyd edib: "Revanşist qüvvələr ayrı-ayrı dəstələr şəklində təxribatlar törədir. Ona görə də mina partlayışları nəticəsində can itkisinin olmaması məqsədilə önləyici tədbirlərə nəzarət güclənməlidir. Media nümayəndələri işğaldan azad olunmuş təhlükəli ərazilərə buraxılmamalıdır. Xüsusilə işlək yolları əhatə edən ərazilər nəzarətdə saxlanılmalı, o hissələrdə patrul hərəkət etməli, kamera müşayiəti olmalıdır".

Ekspert istehkamçıları indiki məqamda xüsusilə diqqətli olmağa çağırıb: "İstehkamçılarımız bu yollarda mütəmadi olaraq axtarışlar aparmalıdır. Bu cür məqamlarda onların üzərinə ağır iş düşür. Bilirik ki, onların işi risklidir. Lakin onların işinə layiqli münasibət göstərməməsi belə faciə ilə nəticələnir. Hərbi hissə komandirləri, əlaqəli hüquq mühafizə orqanaları öz işlərini daha aktiv fazada qurmalıdır. Minanın quraşdırılması günlər alan məsələ deyil, bu proses qısa zaman alır. Yəni, bu gün yoxlanılmış əraziyə səhəri gün mina yerləşdirilə bilər. Hansısa ərazi üzrə tam əminlik faciənin yaşanmasına səbəb ola bilir. İndiki məqamda belə hadisələrdən dolayı hər birimiz məsuliyyət daşıyırıq".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

“Ruslar hər yerdə tankla gəzir, səfirliklə əlaqə saxlaya bilmirik…” – Ukraynada yaşayan azərbaycanlı ilə MÜSAHİBƏ

Ukraynanın Xorkov şəhərində yaşayan həmyerlimiz Jalə Salahlı Ukraynadakı son durumla bağlı Sfera.az-ın suallarını cavablandırıb.   Qeyd edək ki, mü...

“AMEA Ramiz Mehdiyevin növbəti qurbanı olmamalıdır!” — “Hər cildin nəşrində mənimsənilən milyonlar...”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, təhsil eksperti Etibar Əliyev müsahibə verib. Müsahibəni təqdim edirik: - Etibar müəllim, AMEA-da nə ...

“Bakı Rusiya-Ukrayna münaqişəsində, tərəf yox, vasitəçidir” - MÜSAHİBƏ

Siyasi şərhçi Asif Nərimanlının Sfera.az-a müsahibəsi. - Asif bəy,  Ukrayna Prezident Vladimir Zelenski ilə Azərbaycan Respublikasının Prezidenti ...

“Bu ölkə Türkiyə ilə müharibəyə hazırlaşır” – Türkiyəli hərbi ekspertlə MÜSAHİBƏ

Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar Sfera.az-a müsahibəsi. - Son zamanlar Yunanıstanın ciddi şəkildə silahlanmağa başladığı ...

Mahir Qurbanov Kosta-Rika mediasına müsahibə verib

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov Kosta-Rikanın tanınmış  "La Voz de Goicoechea” xəbər portalına müsahibə verib. Sfera...

“Qarabağda işlək yollar kamera nəzarəti altında olmalıdır” – Mina təhlükəsindən necə qorunmalı?

Bu gün ikisi media əməkdaşı olmaqla 3 vətəndaşımız Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Hadisə nəticəsində ...