Putinlə bağlı heç yerdə eşitmədiyiniz maraqlı məlumatlar

Putinlə bağlı heç yerdə eşitmədiyiniz maraqlı məlumatlar
Hazırda bütün dünyanın gözü Rusiya-Ukrayna arasında yaşanan gərginlikdədir. Sözügedən hadisə ilə bağlı digər ölkələrə meydan oxuyan Vladimir Putin isə, yenidən diqqət mərkəzinə çevrilib.

Sfera.az saytı Rusiya Federasiyasının prezidenti haqqında maraqlı məlumatları təqdim edir:
 
- Putin maddi baxımdan olduqca çətin bir uşaqlıq keçirib. Atası İkinci Dünya Müharibəsi zamanı yaralanıb əlil olsa da, fabrikdə işləyərək həyatına davam edib. Anası isə İkinci Dünya Müharibəsi illərində küçələri və laboratoriya avadanlıqlarını təmizləməklə məşğul olub. Putin və ailəsi isti su belə olmayan kiçik otaqlarda yaşayırdılar. Bu ev Sovet İttifaqı dövründə dövlətin payladığı ümumi evlərdən biri idi.

- Putin çox dəcəl, amma eyni zamanda uğurlu şagird olub. 6-cı sinifdə oxuyan zaman müəlliminin köməyi ilə aldığı təqaüddən sonra dərslərinə ikiəlli yapışıb. Putin əvvəlcə hüquq təhsili alıb, sonra isə Sovet İttifaqının məxfi kəşfiyyatı olan KQB-də işə başlayıb.

- 30 illik evliliyini 2013-cü ildə yekunlaşdırıb. Keçmiş stüardessa Lyudmila Putina ilə evli olduğu müddətdən tək bir ailə fotosu yoxdur.

- Vladimir cüdo ustasıdır. O, bu idman növünün fəlsəfəsini ölkə idarəçiliyinə bənzədir. İdmana böyük əhəmiyyət verir. Səhər yeməyindən sonra ilk işi idman etməkdir. Buna baxmayaraq, səhər tezdən durub günə tez başlayanlardan deyil. Putin üzməyi sevir və qərarlarının çoxunu üzərkən verir. Onun buz Xokkeyinə olan həvəsi də məlumdur.
 
- Putin mobil telefondan istifadə etmir. Onun otağında texnoloji heç nə yoxdur. Xəbər hamıdan əvvəl ona bir faylda təqdim olunur. Bu xəbərlər üç ayrı faylda verilir: yerli kəşfiyyat (FSB) tərəfindən hazırlanmış fayl, Rusiyanın daxili işlər faylı və xarici kəşfiyyatdan (SVR) gələn xəbərlər faylı.

- Getdiyi yerlərdə ehtiyat tədbirlərini əvvəlcədən görür. Vladimirin qalacağı otelə ümumi nəzarət təxminən 1 ay əvvəl başlayır. Otel otağının bütün mebelləri Putin getməzdən əvvəl köməkçiləri tərəfindən dəyişdirilir. Ofisiant, aşpaz və təmizlik işçiləri də ölkə başçısının ətrafı arasından seçilir.

- Stalindən sonra ən çox çalışan rəhbər - O, şənbə və bazar günləri də işləyir, gündəlik iş rejimi yoxdur. Ona görə də onun köməkçiləri və müşavirləri hər zaman yanında olmalıdırlar.

- Nəqliyyata nifrət etdiyinə görə, çox zaman evdən işləyir.


Günay Rəsulqızı
Sfera.az

 


--

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...