Putin sabah Qızıl Meydanda görünəcəkmi? - Onun paradda iştirakı sual altındadır

Putin sabah Qızıl Meydanda görünəcəkmi? - Onun paradda iştirakı sual altındadır
Vladimir Putinin ağır xəstəlikdən əziyyət çəkməsi onun 9 May paradında iştirakını sual altına alır.

Sfera.az  "The Daily Ekspress”ə istinadla xəbər verir ki, 2 ay yarım əvvəl qoşunlara Ukraynaya təcavüz etmək əmri verəndən bu qərarın Rusiya prezidentinin səhhətindən yaranması iddiası var.

Son televiziya çıxışları zamanı Putinin üzü və boynunun ətrafı nəzərəçarpacaq dərəcədə şişmiş görünüb. Bəzi mütəxəssislər bunu Putinin steroidlərlə müalicə olunması ilə əlaqələndirib.

Bundan əvvəl, 2020-ci ilin noyabrında dövlət televiziyasında çıxış edərkən aramsız öskürəyinə görə Kreml Putinin əks olunduğu videonu montaj etmək məcburiyyətində qalıb.

ABŞ ekspertlərindən biri olan Fiona Hill də Rusiya prezidentinin səhhətində ciddi problemlərin olması qənaətindədir.

"Onun bel ağrılarından əziyyət çəkdiyini bilirik. Yüksək dozada steroid qəbul edir və ya başqa bir şey ola bilər. Görünür, buna ehtiyac var", - deyə Hill "Politico" nəşrinə bildirib.

Bəzi ekspertlərin fikrincə, Putinin səhhəti ona 9 May paradına iştirak imkanı verməyəcək.

Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin Qələbə Günü Qızıl Meydanda nitq söyləyəcəyini bildirib.
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...