Putin “Qırmızı meydan”da nə deyəcək? - AÇIQLAMA

Putin “Qırmızı meydan”da nə deyəcək? - AÇIQLAMA
"Ukraynanın işğalı planı Rusiyanın istədiyi kimi getmir, hətta A planını – Kiyevi tutmağı - bacarmayan ruslar B planına - Donbası tamamilə zəbt etməyə də tam nail ola bilmir. Lakin Putin "Qırmızı meydan”da hərbi parad zamanı hesabat verməlidir: həm rus ictimai rəyinə qələbə xəbərləri çatdırmalı, həm də hələ də "güclü” olduğunu nümayiş etdirməlidir".

Sfera.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı bildirib. Ekspert Putinin 9 may çıxışı ilə bağlı üç ana versiyanın irəli sürüldüyünü deyib:

"Birincisi, Putin Ukraynaya rəsmi şəkildə müharibə elan edəcək. İkincisi, ümumi səfərbərlik elan edəcək. Üçüncüsü isə Donbasın ilhaqını bildirəcək.
Birinci versiya Rusiyanın işğal hücumunu "xüsusi əməliyyat” adlandırması fonunda zəif görünür. Moskva Qərblə körpüləri yandırsa da, beynəlxalq təşkilatlarla, xüsusilə BMT ilə bağları tamamilə qoparmaq istəmir, xüsusilə postmüharibə dövründə hazırki vəziyyətin dəyişə biləcəyi ehtimalını da nəzərdən keçirir, bu baxımdan, "Donbas xalqının xilası” iddiasında maraqlıdır. Rusiya Ukraynanın hazırda işğal etmək istədiyi cənub və şərq bölgələrində "kvazidövlətlər” yaratmaq, ən azı ilkin mərhələdə bunu həyata keçirmək niyyətindədir. Ukraynaya müharibə elan etmək iki aydır davam edən döyüşlərdə məğlubiyyətin rəsmi şəkildə etirafı deməkdir".

Politoloq mümkün ehtimallar içərsində ən uyğun variantın Donbasın ilhaq edilməsi olduğunu deyib:

"İkinci versiya Rusiya ictimaiyyətində təşvişin və narazılığın yaradılmaması baxımından zəif görünür: Putin ilk gündən müharibədə xüsusi hazırlıq keçmiş hərbçilərin iştirak etdiyini elan edib və ümumi səfərbərliklə özünü təkzib etmiş olar. Səfərbərlik eyni zamanda, çətin vəziyyətdə olan Rusiya iqtisadiyyatında xaotik vəziyyət yarada bilər. Reallığa müəyyən qədər yaxın olan versiya üçüncü – Donbasın ilhaqının elan edilməsidir, hərçənd, buna da nail ola bilməyiblər və Putin özü "Azovstalı mühasirəyə alın” əmri ilə bunu etiraf etmiş oldu. O baxımdan, Putinin nə deyəcəyi, yaxud hansı iddia ilə çıxış edəcəyi sual olaraq qalır. Lakin bəllidir ki, Rusiya 9 mayı ilk dəfə heç olmadığı qədər pis və çətin qeyd edəcək".

Əzizə Zeynal

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Baydenin son qərarı Rusiyanı diz çökdürəcək? - "Yayda qanlı döyüşlər gözlənilir..."

ABŞ prezidenti Co Bayden dünən "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı"nı imzalayıb. Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizə...

Putin “Qırmızı meydan”da nə deyəcək? - AÇIQLAMA

"Ukraynanın işğalı planı Rusiyanın istədiyi kimi getmir, hətta A planını – Kiyevi tutmağı - bacarmayan ruslar B planına - Donbası tamamilə zəbt etməyə də tam na...

Qriqoryanın son bəyanatı nəyə hesablanıb? – AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakıdan  Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayıb.  Qarabağ mü...