Putin mövqeyini dəyişməyəcək - Qüdrət Həsənquliyev

Putin mövqeyini dəyişməyəcək - Qüdrət Həsənquliyev
 "Türkiyə Qarabağın azadlığı uğrunda apardığımız Vətən müharibəsinə özünün İstiqlal savaşı kimi baxır, ona görə də..."
 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Rusiya XİN-in Paşinyanın kömək yalvarışlarına verdiyi cavab Sizi qane etdimi?

- Sualınıza ətraflı cavab verməmişdən öncə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Allah dünyasını dəyişənlərin yaxınlarına səbir versin, türk xalqı üçün keçmiş olsun.

Sualınıza gəldikdə isə,  Rusiya vasitəçi ölkə kimi neytrallığını qoruyub saxlamalıdır. Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi olsa da bizim də  strateji tərəfdaşımızdır. Azərbaycan Rusiya ilə səmimi olaraq yaxın qonşuluq və dostluq siyasəti yürüdür və bu münasibətlərə böyük önəm verir. Hesab edirəm Putin indiki mövqeyi ilə, inşallah keçirəcəyimiz Qələbə paradına regionun digər dövlət başçıları kimi dəvət haqqını qazanıb.

Bundan başqa, axı Rusiya niyə Ermənistana kömək etməlidir? Söhbət yalnız Paşinyanın ruslara nifrət etməsindən getmir. Erməni xalqı öz xəyanətkar xislətindən çıxış edərək hesab etdi ki, Rusiyaya güvənərək Azərbaycanın 20% torpaqlarını işğal ediblər, yeni müharibə başlayarsa, Rusiya etməsə də Qərb və digər region dövlətləri onlara kömək edəcək, həm də onlar güclü müdafiə istehkamları qurublar. Deməli Rusiyaya xəyanət edib ruslara nifrət edən birini özlərinə lider seçə bilərlər. Paşinyan da hakimiyyətə gələn kimi Rusiyanı tədrici addımlarla Ermənistandan çıxarmağa başladı, xalq da onun bu siyasətini dəstəklədi. Ona görə də Rusiya deyir ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində öhdəliklərimizə sadiqik. Müharibə Azərbaycan ərazisində getdiyindən biz sizin kimi satqınlara görə beynəlxalq hüququ ayaqlar altına atıb Azərbaycanla, həm də təkcə Azərbaycanla yox, o cümlədən Türkiyə ilə  münasibətləri poza bilmərik. Bununla da Rusiya satqın erməni xalqına dərs verir. Paşinyana da dolayısı ilə deyir ki, özün kimi saqqallı rusafob tərəfdarlarını göndər Qarabağa döyüşməyə, qoy qırılsınlar. Sonra baxaq görək İrəvanın küçələrində səni kim dəstəkləyəcək. O da axmaq olduğu üçün göndərir. Həm də axmaq olduğu üçün vəziyyəti düzgün qiymətləndirə bilmir, işğalçı ordusunu Azərbaycandan çıxarmaq əvəzinə, fikirləşir ki, son əsgərini də döyüşə göndərib vaxt udsa, bəlkə Qərb özü kömək etməsə də Rusiyaya  təzyiq edib onları Ermənistan üçün döyüşməyə  göndərə bilər. Amma Paşinyan başa düşmür ki, məsələ tək onunla bağlı deyil, daha çox həmişə onlara qucaq açmış qonşularına  nankorluq edən  erməni xalqı ilə bağlıdır. Bu xalq qonşularına etdiyi xəyanətlərin acısını yaşayıb tövbə etməli, qonşuları ilə ləyaqətli birgəyaşayış yolu seçməli, beynəlxalq hüquq normalarına  hörmət etməyi öyrənməlidir.

- Necə düşünürsünüz, gələcəkdə Paşinyanın ədalət mühakiməsi qarşısına çıxarılmasına nail ola biləcəyikmi?

- Paşinyan hərbi canidir. O öz təhrikedici hərəkətləri ilə bizə müharibəyə başlamaqdan ayrı yol qoymadı. Əvvəlcə dedi ki, "Qarabağ Ermənistandır”. Sonra bizim hisslərimizə toxunub, bizi alçaltmaq üçün qondarma rejimin cinayərkar başçısının "inaqruasiya”sını Şuşada təşkil etdi. Bu azmış kimi bəyan etdi ki, qondarma rejimin "parlament”ini Şuşaya köçürəcək. Bundan başqa, oğlunu Qarabağa hərbi xidmətə göndərdi. Ardınca  həyat yoldaşına hərbi forma geyindirib, əlinə avtomat silahı verib Qarabağa yolladı. O da gülə-gülə Azərbaycan əsgərinin maketinə atəş açmaqla bacardığı formada bizi alçaltdı. Müdafiə naziri yeni torpaqlarımızı işğal edəcəyi ilə bizi hədələdi.
Ermənistan beynəlxalq hüquqa zidd olaraq işğal altındakı torpaqlarımızı xaricdən köçürdülən ermənilərlə məskunlaşdırmağa başladı və s. Sonra sərhədlərimizə hücum etdi, qarşımıza yeni alçaldıcı şərtlər qoydu, bir sözlə  bizi əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Müharibə başlayandan sonra isə beynəlxalq qanunlarla qadağan olunmuş silahlardan istifadə etməyə başladı. Həmin silahlardan döyüş meydanlarından çox uzaqda olan şəhər və kəndlərimizdə dinc sakinlərə atəş açdırdı. Yüzə yaxın dinc sakini qətlə yetirdi. Bu axmaq fikirləşirdi ki, Azərbaycanı müharibəyə başlamağa məcbur etdiyi kimi, indi də bizi  cavab addımları kimi Ermənistandakı mülki obyektlərə zərbə endirməyə təhrik edəcək və beləliklə də Rusiyanı bu münaqişəyə cəlb edəcəkdir. Bu zaman  Qərb ona əsgəri yardım etməklə yanaşı, Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Çünki bu müharibə ilə həm də Qərb ölkələrindəki müttəfiqləri ilə aralarında müəyyən gərginlik yaşanan Türkiyə ilə Rusiyanı da üz-üzə qoyacaq və  Qərbdəki müəyyən dairələri arzusuna çatdırmaqla böyük xidmət göstərmiş olacaq. Qarşılığında isə bu yolla qondarma rejimin beynəlxalq miqyasda tanınmasına nail olacaq.

Amma bu səfeh məxməri Baş nazirin kimliyini və hansı ağla sahib olmasını hamı tezliklə başa düşdü və ondan üz döndərdi. İndi o minlərlə insanın həyatına başa gəlmiş bu müharibə avantürasına görə məhkəmə qaşısında cavab verməlidir. Müharibə başa çatandan sonra Rusiyanın da  bu məsələdə bizə kömək edəcəyinə çox ümid bəsləyirəm.

- Qüdrət bəy, sona qədər Rusiya prezidentinin daxili və xarici təzyiqlər qarşısında mövqeyini dəyişməyəcəyinə əminsinizmi? Yaxud onun müharibənin gedişində Azərbaycanın əleyhinə düşünülmüş başqa planı ola bilərmi?

-Çox inanıram ki, Putin mövqeyini dəyişməyəcək və inanmıram ki, onun bizim əleyhiməzə hansısa planı olsun. Rusiya,Türkiyə və Azərbaycan  liderlərinin xarekterində oxşar cəhətlər çoxdur və satqınlığa və xəyanətə yer yoxdur. Yeltsin vaxtilə deyirdi ki, o, döyüşçüdür. İndi həmin fikri hər üç liderə aid etmək olar. Hər üç şəxs böyük strateq olmaqla yanaşı ekstermal vəziyyətdə daha böyük potensial ortaya qoymağı, öz ölkələrinin marağı tələb edəndə sona qədər mübarizə aparmağı bacarır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi hər üç ölkənin milli maraqlarına uyğundur. Həm də təkcə onların yox, Ermənistan da daxil olmaqla bütün region ölkələrinin. Ona görə də onların mövqelərindən geri çəkiləcəyinə inanmıram. İnşallah torpaqlarımızı tamamilə azad edəcəyik.
Sonda bir məqama da diqqətinizi cəlb etmək istəyirəm. Türkiyə Qarabağın azadlığı uğrunda apardığımız Vətən müharibəsinə özünün İstiqlal savaşı kimi baxır. Ona görə də 120 min erməniyə Azərbaycan torpaqlarında ikinci eməni dövləti qurmaq istəyənlər gərək o sayda da əsgərlərinin ölümünü göz önünə alıb nəticəsi onlar üçün qaranlıq olan, regionu  qeyri-müəyyənliyə sürükləyəcək savaşa girsinlər...
 
(modern.az)

OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...