Putin il ərzində ən çox hansı liderlərlə danışıb?

Putin il ərzində ən çox hansı liderlərlə danışıb?
Rusiyanın "Kommersant” qəzetinin araşdırmasına görə, prezident Vladimir Putin il ərzində xarici həmkarlarıyla canlı ünsiyyətdən çox telefon danışıqlarına üstünlük verib.

Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Elxan Şahinoğlu sözügedən durumun təbii olduğunu vurğulayıb. O xatırladıb ki, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin fonunda Putinlə görüşmək məqsədilə Kremlə getmək istəyən liderlərin sayı çox deyil, eləcə də onu ölkəsinə dəvət etmək istəyənlərin sayı xeyli azalıb:

"Vladimir Putin ikinci prezidentliyi müddətində amerikalı həmkarlarıyla telefon əlaqəsini 4 dəfə azaldıb. Bunun də səbəbi Putinin aqressiv xarici və təhlükəsizlik siyasətidir. Putin Amerikanın əvəzinə Yaxın Şərq ölkələrinin liderləri ilə telefon danışıqlarının sayını artırıb. Buna baxmayaraq, onunla telefonda danışan həmkarlarından Fransa prezidenti Emmanuel Makron liderliyi ələ keçirib. Putin fevral və mart aylarında Makronla 13 dəfə telefonla danışıb, ikinci sırada Rəcəb Tayyib Ərdoğan qərarlaşıb. Əslində Makronun liderliyi də Ukraynadakı müharibə ilə əlaqəlidir, əks halda Fransa prezidenti Kreml sahibi ilə iki ay ərzində niyə 13 dəfə danışsın ki? Elə Ərdoğanın da Putinlə telefon danışıqlarının əsas hissəsini Ukraynadakı müharibənin dayandırılmasına və Ankaranın vasitəçiliyinə həsr olunub.

Vladimir Putin Cənubi Qafqazı da unutmayıb. Kreml sahibi Ermənistanın baş naziri Nikol Paşinyanla 17, Azərbaycan prezidenti İlham Əliyevlə 9 dəfə telefonla danışıb. Müqayisə üçün deyək ki, Putin yaxın dostu Aleksandr Lukaşenko ilə Paşinyandan daha az – 15 dəfə telefonla danışıb. Bu, Ermənistanın düşdüyü ağır vəziyyətlə bağlıdır. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra İrəvanın Moskvadan asılılığı artıb. Hərbi texnikasının əsas hissəsini itirən Ermənistan yenə Rusiyadan silah və hərbi texnika dilənir. Kreml bunun əvəzinə Paşinyanı daha çox ayağına bağlamaq istəyir, bu alınmadıqda isə Ermənistandakı "Qarabağ klanını” və Qarabağdakı separatçıları Paşinyan əleyhinə istifadə edir”.

Politoloq qeyd edib ki, Putin ötən il cəmi 3 xarici səfər reallaşdırıb:

"O, Cenevrədə ABŞ prezidenti Co Baydenlə danışıqlar aparıb, Hindistana və Çinə səfər edib. Putin fevral ayında Çində qış olimpiadasının açılışında iştirak edib. Kreml sahibinin Hindistana səfərinin isə iki məqsədi olub. Putinin bu səfərdən birinci məqsədi Pekinlə Dehli arasında balansı qorumaq, ikinci məqsədi Hindistanın baş naziri Narendra Modini inandırmaq idi ki, o, ABŞ-ın koalisiyalarında yer almasın. Hindistan bu səfərdən sonra Rusiyadan S-400 raketlərini alsa da, Çinin  artan hərbi gücü qarşılığında ABŞ, Yaponiya və Avstraliya birgə dördlü koalisiyada yer alıb.

Putin Ukraynaya qarşı müharibəyə başladıqdan sonra xarici ölkəyə səfər etməyib. O, telefona, videkonfranslara və uzun masaya üstünlük verib. Halbuki, Vladimir Putin prezidentliyinin birinci dörd ilində indi işğala məruz qoyduğu Ukraynaya – 11, Almaniyaya – 5, Fransaya – 4, Türkiyəyə - 4 səfər etmişdi. İndi bunların heç biri yoxdur. Çünki Kreml sahibi beynəlxalq aləmlə münasibətləri inkişaf etdirməyi və əməkdaşlığı qonşu dövlətin ərazilərini işğal etməyə qurban verdi”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb. Niderlandın "NRC” saytına müsahib...

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – "Onda belə çıxır ki..."

Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.    Qanun layihəsində tarix...

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib....

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.    "Ukraynanın NATO-ya...

“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA

"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbay...