Putin geri çəkilir: “Son ümidi budur ki...” - ŞOK İDDİA

Putin geri çəkilir: “Son ümidi budur ki...” - ŞOK İDDİA
Rusiya Prezidenti Vladimir Putin hələ də Ukraynaya qarşı müharibə ilə öz nüfuzunu xilas edəcəyinə ümid bəsləyir. Ona görə də Kiyevlə sülh sazişi imzalamaq üçün xaricdəki agenturasını səfərbər edib.

Sfera.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı jurnalist-publisist Andrey Piontkovski deyib.

Onun sözlərinə görə, Putinin mayın 9-dakı çıxışı Ukraynaya qarşı irimiqyaslı işğalın fəlakətli səhv olmasından xəbərdar olduğunu göstərir.

Piontkovski hesab edir ki, rus ordusunun hücumundan sonra Ukraynanın bütün işğal edilmiş ərazilərinin azad edilməsi şansı yaranıb.

"Mayın 9-dan dərhal sonra Rusiyanın Qərbə, o cümlədən ABŞ-a qarşı təbliğat hücumu görünməmiş intensivliklə başladı. Makron da daxil olmaqla bütün agentura və Kreml tərəfdarları Putinin nüfuzunu xilas etmək üçün səfərbər olundu”, - Piontkovski vurğulayıb.

O qeyd edib ki, Makron Qərbi Ukrayna ilə bağlı güzəştlərin edilməsinin önəmli olduğuna inandırmağa çalışır.

Piontkovski deyib: "Sülh müqaviləsi bağlamaq və bundan sonra uzunmüddətli diplomatik yolların müzakirələrinə başlamaq Moskvanın son ümididir”.

Onun sözlərinə görə, Rusiyanın təzyiqi həm də ABŞ-dan Ukraynaya silah axınını azaltmağa yönəlib.

"Kreml üçün Ukrayna ərazisinin ən azı bir hissəsini dişi arasında saxlamaq çox vacibdir. Bu, öz xalqına bu saxta qələbəni sırımaq üçün yox, öz simasını saxlamaq üçün lazımdır. Moskvanın yaxın aylardakı diplomatik və təbliğat hücumu məhz bu istiqamətdə gedəcək”, - Piontkovski əlavə edib.
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...