Putin ən təhlükəli bioloji silahları burada hazırlatdırır - Dünyadan təcrid olunmuş "Vektor"dan GÖRÜNTÜLƏR

Putin ən təhlükəli bioloji silahları burada hazırlatdırır - Dünyadan təcrid olunmuş
Rusiya-Ukrayna müharibəsində bu gün səhər saatlarında bütün dünyanı narahat edən hadisə yaşanıb. Rusiya hərbçiləri Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının ilk enerji blokuna daxil olub və onların açdığı atəş nəticəsində AES-in təlim korpusunda yanğın baş verib.
 
ABŞ prezidenti Co Bayden Zelenski ilə atom elektrik stansiyasındakı yanğınla bağlı danışarkən, Britaniya Rusiyanın hücumundan sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasına çağırıb. Ukrayna prezidenti Rusiyanın dünyada atom elektrik stansiyasını vuran ilk ölkə kimi tarixə düşdüyünü bəyan edib.

Sfera.az bildirir ki, sözügedən hadisə Rusiyanın ən ciddi mühafizə olunan bölgələrindən birində yerləşən, "Vektor” kimi tanınan Dövlət Virusologiya Araşdırma Mərkəzini yenidən gündəmə gətirib. ABŞ-ın iddialarına əsasən, Putin bu müəssisədə istehsal olunan bioloji silahlardan Ukrayna hökumətini devirmək üçün istifadə edə bilər. Rusiya isə bu qurğudan yalnız vaksin tədqiqatları üçün istifadə olunduğunu irəli sürüb.
 


Məlumat üçün qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin bioloji silah arsenalını Sovet dövründən qalma Sibirdəki obyektdə saxladığı güman edilir. "Vektor İnstitutu” da adlandırılan Dövlət Virusologiya Araşdırma Mərkəzində Rusiyanın Soyuq Müharibə dövründə başlatdığı bioloji silah planını davam etdirə biləcəyi ehtimal olunur. 

1974-cü ildə - soyuq müharibənin qızğın çağında bioterrorizm tədqiqat mərkəzi kimi açılan bu obyekt hələ də Rusiyanın ən ciddi mühafizə olunan ərazilərindən biridir. 70 min kvadratmetrlik mərkəz silahlı əsgərlər və tikanlı məftillərlə əhatə olunub. Dünyadakı maksimum təhlükəsizliyə malik 59 bioloji laboratoriyadan biri olan "Vektor”, koronavirus pandemiyasının mənbəyi hesab olunan Çindəki Vuhan Virusologiya İnstitutu ilə eyni statusa malikdir. Qazaxıstanla sərhəddə, cənub-qərb Sibirin kənarında yerləşən dördüncü səviyyəli məxfi obyekt, dünyanın ən sərt və ən təcrid olunmuş yerlərindən biri kimi tanınır. Burada qışda temperatur -35 dərəyə düşə bilir.

Rusiya iddia edir ki, SSRİ-nin bioloji silah istehsalı ilə məşğul olan onlarla laboratoriyasından biri olan "Vektor" Sovet İttifaqının dağılmasından sonra 1992-ci ildə silahlar üzərində tədqiqatları dayandırıb. Rusiyaya görə, müəssisə indi yalnız ölümcül viruslara qarşı vaksinlərin hazırlanmasına diqqət yetirir. Lakin ABŞ Dövlət Departamentinin keçən ilki hesabatında Rusiyanın bu cür tədqiqatları dayandırdığını israr etməsinə baxmayaraq, "aqressiv bioloji silah proqramını davam etdirdiyi” bildirilib.
 


Qeyd edək ki, laboratoriya 2019-cu ildə qaz partlayışı xəbəri ilə gündəm olub - içəridə işləyən fəhlə dərin yanıq xəsarətləri alıb. Eyni zamanda 15 il əvvəl laboratoriya işçisi Antonina Presnyakova ehtiyatsızlıqdan tərkibində "Ebola” virusu olan iynəni özünə vuraraq ölüb.  

"Vektor” həm də dünyada ölümcül çiçək virusununun olduğu iki laboratoriyadan biridir. Beynəlxalq müqavilə əsasında, virusun saxlanmasına icazə verilən başqa bir obyekt ABŞ Xəstəliklərə Nəzarət və Mühafizə Mərkəzidir.

"Vektor"dakı elm adamları daha əvvəl "Marburq” virusu üzərində çalışıblar və bu virus yoluxduğu insanların 88 faizini öldürür.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

ABŞ-ın hədəfində olan Putinin övladları - Sanksiya tətbiq edilən qızları kimdir? - TƏFƏRRÜAT / FOTO

ABŞ administrasiyasının bu həftə ərzində Putinin qızlarına sanksiya tətbiq etməyi düşünməsi Rusiya liderinin ailəsi ilə bağlı məlumatları yenidən gündəmə gətiri...

Bakının mərkəzindəki bu heykəlcik niyə ikicinsiyyətlidir? - Milyonçuların mülklərindən FOTOREPORTAJ

Bakının düz mərkəzində yerləşən, yanından keçərkən diqqət yetirmədiyimiz binaların əksəriyyətinin əslində keçmiş neft maqnatlarının mülkləri, milyonerlərin gəli...

Zelenskinin BİR GÜNÜ: Neçə saat yatır, sui-qəsdlərdən necə xilas olur, ailəsi haradadır?

Rusiya-Ukrayna müharibəsinin başlamasından 5 həftə keçir. Bir tərəfdən sülh danışıqları, digər tərəfdən isə münaqişələr davam edir. Qarşı-qarşıya gələn ölkələri...

Skandallar, saysız-hesabsız eşq macəraları, 7 övlad... - Yetim qalan Abramoviç necə oliqarxa çevrildi?

Son günlər Rusiya prezidenti Putinlə olan münasibətlərinə görə həm nüfuzuna,  həm də işlərinə zərər dəyən rusiyalı iş adamı Roman Abramoviç diqqət mərkəzin...

Vanqa və Nostradamusun 2022-ci il GÖZLƏNTİLƏRİ – Artıq onlar reallaşır…

2022-ci ildə Rusiyanı gözləyən yeniliklərlə bağlı əvvəllər bəzi tanınmış kahinlər proqnozlar verib.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bel...

Sovet liderlərinin nəsli indi hansı ölkələrdə yaşayır? - Baş katibin qızı 55 il əvvəl ABŞ-yə qaçıb

Bir zamanlar SSRİ-yə rəhbərlik etmiş şəxslərin nəsillərinin bəzi nümayəndələri vətən kimi Rusiyanı yox, başqa ölkələri seçib. Artıq heç kəsi təəccübləndirmir ki...