Prezident Qurban Qurbanovun hərəkətindən danışdı

Prezident Qurban Qurbanovun hərəkətindən danışdı
"Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil”. 

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən deyib. 

Dövlət başçısı bildirib ki, nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq: "O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz. Həm qələbə münasibətilə, həm ləyaqətli davranış münasibətilə sizi təbrik edirəm. Əlbəttə ki, biz hamımız, bütün Azərbaycan xalqı sizdən yeni qələbələr gözləyir”.

Xatırladaq ki, Konfrans Liqasında keçirilən "Qarabağ” - "Marsel” oyununda  Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov İbrahima Vadjinin qolu əllə vurmasından sonra futbolçusunu yanına çağırmışdı, qolu əllə vurub-vurmadığını soruşub. İbrahima Vadji isə qolu əllə vurduğunu etiraf edib. Nəticədə qol sayılmayıb. Buna görə rəqibin ulduz futbolçusu Dmitri Payet Qurban Qurbanova təşəkkür edib. 

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...