Polad Həşimovun bacısı medalın hansı şəraitdə verilməsindən danışdı: "Əvvəlcədən bilmirdik..."

Polad Həşimovun bacısı medalın hansı şəraitdə verilməsindən danışdı:
Xəbər verdiyimiz kimi, bir müddət öncə İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və dini lider Seyid Əli Xamneyinin Bakıdakı rəsmi nümayəndəsi Əli Əkbər Ocaqnejad general Polad Həşimovun ailəsini ziyarət edib.

Səfir general Qasım Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim edib.

Bu hadisə generalın anası və bacısı tərəfindən normal qarşılanmayıb, medalın geri qaytarılması tələb olunur.

Medalın geri qaytarılma səbəbi ilə bağlı general Polad Həşimovun bacısı Arzu xanım Sfera.az-a danışıb. Şəhidin bacısı medalın təqdimatının ikitirəliliyə yol açdığını deyərək, qardaşının adının siyasi məsələlərdə hallandırılmasını əleyhinə olduğunu bildirib:

"Medal Bakıda uşaqlara, Polad Həşimovun xanımına təqdim olunub. Medalın veriləcəyini əvvəlcədən bilmirdik. Biz qəti şəkildə tələb edirik ki, medal geri qaytarılsın. Ümid edirəm hansısa tədbir görüləcək. Medalın verilməsi ölkədə ikitirəlik yaradıb. Mən qardaşımın adının siyasi məsələlərdə hallanmasını istəmirəm.
 
O sadəcə torpağı üçün vətəni üçün vuruşan qəhrəman olub. Polad Həşimov dövlətinə sədaqətlə qulluq edən insan olub. Ona İran tərəfindən hansısa medalın təqdim olunmasına qarşıyıq. Medal alınanda bizə deyilməmişdi. Medaldan imtina qərarımızı qardaşımın ailəsi mətbuat vasitəsi ilə yəqin ki, görüb. Anam da bu mövzuda mənimlə eyni fikirdədir".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

"Tokayev Səddam Hüseyn kimi öldürülməkdən qorxurdu" - Mühacirətdə olan qazax general sirləri açır

Qazaxıstanda yanvarın əvvəlində qəfil başlayan və sürətlə bütün ölkəni bürüyən, 30 ildən çox ölkəni idarə etmiş Nursultan Nazarbayevin həmin etirazların başlama...

Azərbaycanda 12-15 yaşlı nə qədər yeniyetmə peyvənd olunub? – RƏSMİ

Azərbaycanda peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb. Sfera.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə bu gün də daxil olmaqla 36...

Polad Həşimovun bacısı medalın hansı şəraitdə verilməsindən danışdı: "Əvvəlcədən bilmirdik..."

Xəbər verdiyimiz kimi, bir müddət öncə İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və dini lider Seyid Əli Xamneyinin Bakıdakı rəsmi nümayən...

“Sərhədlərimizdə Rusiyaya düşmən rejimlər qurşağı yaradılır, uduzacağıq...” – İqor Korotçenko ilə MÜSAHİBƏ

Rusiyalı hərbi ekspert İqor Korotçenko hazırda  Ermənistanda baş verən hadisələr, Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağı, eləcə də Rusiyanın postsovet ...

“Ermənilərlə birgə yaşayışın əleyhinəyəm” – YAP-çı deputatdan "ermənisiz Azərbaycan" açıqlaması

"Ermənilərsiz Azərbaycan görmək istəyirəm”. Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan icmasının Qarabağdakı erməni icması ilə təmasların qurulması...

“Güzəştə gedilməsini təklif edən heç bir sənədi imzalamaq olmaz”- Türkiyəli deputatla MÜSAHİBƏ

Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatı Atilla Sertel cəbhədə baş verən son hadisələr və Qarabağ münaqişəsi ilə bağlı Sfera.az-a danışıb.  ...