Planetimizi tamamilə yox edə biləcək güc: Ölkələrin sahib olduğu aktiv nüvə başlıqlarının SİYAHISI

Planetimizi tamamilə yox edə biləcək güc: Ölkələrin sahib olduğu aktiv nüvə başlıqlarının SİYAHISI
Rusiya prezidenti Vladimir Putinin nüvə qüvvələrini xüsusi hazırlıq vəziyyətinə gətirmək barədə göstərişi və Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya tanklarının nüvə bölmələrini atəşə tutması ilə bağlı açıqlaması dünyanı təşvişə salıb. 

Qeyd edək ki, ümumi partlayıcılardan fərqli olaraq, nüvə silahı ilə bütün bir şəhəri və ya ölkəni tamamilə məhv etmək mümkündür.

Maraqlıdır, dünyada neçə ölkə bu təhlükəli silaha malikdir?

Sfera.az Gundem.az-a istinadən bildirir ki, dünyada ən çox nüvə başlığına sahib olan ölkələr BMT-nin daimi üzvləridir. Lakin nüvə potensialını davamlı olaraq artıran səkkiz dövlət var. Bunlardan beşi "Nüvə Silahlarının Yayılmaması Müqaviləsi”nə əsasən "nüvə silahlı dövlətlər” kimi tanınır. 
Bildirək ki, nüvə silahını ardıcıl olaraq ABŞ, Rusiya  Böyük Britaniya, Fransa və  Çin əldə edib.
Hazırda bu silaha malik olan dövlətlərin ümumi siyahısı isə belədir:

ABŞ: 7000 (1750 aktiv)

Rusiya: 7300 (1790 aktiv)

İngiltərə: 215 (onlardan 120-si aktiv)

Fransa: 300 (280 aktiv)

Çin: 260 (Aktiv nömrə naməlum)

Hindistan: 100-120 arasında (aktivlərin sayı məlum deyil)

Pakistan: 110-130 arasında (aktivlərin sayı məlum deyil)

Şimali Koreya : 10  (aktiv say naməlum)

İsrail : 60-400 arasında (aktivlərin sayı bilinmir)

Almaniya : 20 (Aktivlərin sayı məlum deyil)

Türkiyə : Ümumilikdə 60-70 arasında (Aktivlərin sayı məlum deyil)

İtaliya: Ümumilikdə 70-80 arasında (aktivlərin sayı məlum deyil)

Belçika: 10-20 (aktivlərin sayı məlum deyil)

Hollandiya: 22 (aktivlərin sayı məlum deyil) 

Xatırladaq ki, müharibə tarixində nüvə silahı ilk dəfə İkinci Dünya Müharibəsində ABŞ tərəfindən istifadə edilib. 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atıb. Bunun nəticəsində Xirosimada 200 minə yaxın adam ölüb və itkin düşüb. Sonralar isə şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam həyatını itirib.


 

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən yaxşı otelləri - SİYAHI

Kosta Rikada yerləşən "Tulemar Bungalows & Villas” beynəlxalq Travellers' Choice 2022 mükafatına görə dünyanın ən yaxşı oteli seçilib.  Tam siyah...

Nasistlərin gizlətdiyi 10 ton qızıldan ibarət xəzinənin izi tapıldı: Bu sarayın həyətinə basdırılıb - FOTOLAR

İkinci Dünya Müharibəsindən bəri xəzinə ovçularının axtardığı itmiş nasist qızıllarının izi tapılıb.    Sfera.az bildirir ki, Polşa mərkəzli bir fon...

“Zaman səyyahı”ndan 2022-ci il ilə bağlı qorxunc proqnozlar: Bu tarixdə 2 milyon insan yoxa çıxacaq!

Sosial mediada "thehiddengod1” olaraq tanınan Kavi Leonard özünü "zaman səyahətçisi” elan edən bir şəxslə müsahibəsinin təfərrüatlarını danışıb.   Sfera....

Bu bürclərlə sevgili olmadan öncə iki dəfə düşünün! - Həyatdan bezdirirlər...

Münasibətlərdə həmişə xoşbəxt olmaya bilərsiniz. Nə qədər çalışsanız da, vəziyyət istədiyiniz kimi getməyə bilər. Adətən buna səbəb kimi partnyor olaraq seçdiyi...

Eşqdə mükəmməl harmoniyanı tapan bürclər - Onlar heç vaxt ayrıla bilmirlər

Bəzi insanlar tanış olduqları andan etibarən bir-birlərindən çox yaxşı enerji alırlar. Astrologiya isə ikitərəfli münasibətlərdə sevgi uyğunluğunda çox mühüm ro...

Tozsoran, fen səsi ilə yatan körpələr - Valideynlərin belə seçiminin yaradacağı FƏSADLAR

Hələ 1 yaşı tamam olmayan bəzi uşaqlar tozsoran, fen və digər buna oxşar cihazlarin səsi ilə sakitləşərək yatırlar. Ağlayan, uzun müddət yatmayan körpələr tozso...