Pərvin Kərimzadə: Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsi

Pərvin Kərimzadə: Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsi
Türkiyədə Qara dəniz üzərində həyata keçirilən böyük layihənin, Rize-Artvin Hava Limanının iki qardaş ölkənin rəhbərləri – Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsi oldu. Türkiyə və Azərbaycan dövlətlərinin sarsılmaz, əbədi və əzəli birliyinin, münasibətlərin ən yüksək səviyyədə olduğu yenidən nümayiş etdirildi. İki ölkənin arasındakı strateji tərəfdaşlığın siyasi və mənəvi təcəssümü olan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi, Türkiyə Prezidentinin işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfərləri, dövlət rəhbərlərinin Rizə-Artvin Hava Limanının açılışını birlikdə etmələri Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının sarsılmazlığını dünyaya bəyanı idi.

Ölkə Prezidenti İlham Əliyev Rizə-Artvin Hava Limanının açılış mərasimində Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana siyasi və mənəvi dəstəyini yüksək qiymətləndirərək İkinci Qarabağ savaşının bizim müştərək, ortaq şanlı tariximiz olduğunu diqqətə çatdıraraq bildirib:
 
"Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər - Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq".

Bu gün ən yüksək zirvədə dayanan Türkiyə-Azərbaycan qardaşlığının bünövrəsində qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq dayanır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı möhkəm dostluq, Azərbaycan-Türkiyə qardaşlığı təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Məlum olduğu kimi, indiyədək Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı ilə həyata keçirilən iqtisadi layihələr həm də Asiyanın türk dövlətləri üçün geniş imkanlar yaradıb. 

Hər zaman bir-birinin yanında olan, beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyən, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazan Azərbaycan və Türkiyənin sıx əməkdaşlığı, birgə təşəbbüsləri regionda strateji inteqrasiyanın daha intensiv xarakter almasına mühüm töhfələr verir. Eyni zamanda dünyanın iqtisadi güclərindən olan Türkiyə dövlətinin güclənməsi həm də Azərbaycanın gücünün artması deməkdir. İki ölkə arasında əlaqələrin daha da dərinləşməsi regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunmasında müstəsna əhəmiyyət daşıyır.


 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...