Paşinyanın bu addımları müxalifəti etirazlara sövq etdi: Məxməri inqilabı ağ inqilab əvəzləyəcək?

Paşinyanın bu addımları müxalifəti etirazlara sövq etdi: Məxməri inqilabı ağ inqilab əvəzləyəcək?
"6 Aprel 2022-ci ildə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının vasitəçiliyi və iştirakı ilə görüş keçrildi. Bu görüş nəticəsində tərəflər arasında sülh danışıqlarına başlamaqla bağlı razılıq əldə edildi. Həmin razılıq Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında əldə edilmişdir. Bundan dərhal sonra Azərbaycan və Ermənistan XİN başçıları arasında ilk dəfə birbaşa telefon danışığı baş tutdu. Əlbəttə ki, proseslərin belə gedişi digər gücləri, xüsusilə də Moskvanı və Tehranı ciddi narahat edirdi”.

Bu sözləri Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Brüssel görüşündən sonra, yəni 19 Aprel 2022-ci ildə Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya iki günlük rəsmi səfəri baş tutdu:

"Bu səfər çərçivəsində Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. Verilən açıqlamalara görə həmin görüşdə ikitərəfli əlaqələr, Qarabağ məsələsi üzrə yekun sülh sazişinin imzalanması üçün danışıqlar prosesi müzakirə edildi. Rusiya və Ermənistan liderləri arasında baş tutan görüşdən sonra Paşinyanın verdiyi açıqlamalarda artıq geri addım atma hiss edilməyə başlayırdı”.
 
Politoloqun sözlərinə görə, Ermənistanda vəziyyət gərginləşməyə doğru gedir:
 
"Gözləniləndir ki, burada iki ssenari işləyir.

1. Rusiyanın sülhə mane olmaq üçün atdığı addım,

2. Paşinyanın və mövcud hökumətin özünün pərdəarxası təşəbbüsü ilə baş tutan addımlar.

Əlbəttə birinci ssenari daha inandırıcı görünür. Ona görə ki, bölgədə sülhün olması Rusiyanın maraqlarına ziddir və ona görə də bütün gücü ilə sülhə mane olmağa çalışır. Rusiya XİN  tərəfində verilən açıqlamalarda da bu məsələ ilə bağlı Rusiyanın açıq narahatlığı hiss edilməkdədir. Sanki Rusiya vaxt qazanmağa çalışır. Yəni Ukrayna məsələsi bitənə qədər sülhə gedən yolu dondurmaq istəyir Qafqazda”.

S. Hümbətov qeyd edib ki, Qərb üçün burada lazım olan məqam sülhün əldə edilməsidir:
 
"Əgər belə olarsa, qərb ikitərəfli qazanacaq.

1. Nüfuz qazanacaq,

2. İqtisadi, daha dəqiq desək enerji təhlükəsizliyi qazanacaq.

Dünənə qədər davam edən aksiyalarda artıq Ermənistanda 200 nəfərdən çox şəxs saxlanıb. Görünür ki, bir müddət belə hal davam edəcək. Amma düşünmürəm ki, bu aksiyalar Paşinyanı hakimiyyətdən sala bilsin. Ona görə ki, bir müddətdir davam edən aksiyalarda demək olar ki, o dəqər də çox adam iştirak etmək istəmir. Bu isə Paşinyan komandasının əlini gücləndirən amillərdəndir”.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır. Bu, islahat dalğasının davamlılığının göstəri...

Ermənistan sülh sənədi təqdim etdi – 6 bənddə hansı təkliflər var?

Edmon Marukyan Ermənistanın Azərbaycana təqdim etdiyi 6 bəndlik sülh müqaviləsinin şərtlərini açıqlayıb. Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri ...

8 kəndin Azərbaycana qaytarılması prosesinə nə vaxt start veriləcək? - "Paşinyan elan etdi ki..."

Ötən gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlı danışıb. Nazir müavini b...

Prezidentin Türkiyə səfərində nələr müzakirə ediləcək? - Gündəmdə 3 əsas məsələ var

"Regionda çox ciddi hadisələr baş verdiyi bir vaxtda iki qardaş ölkə liderlərinin görüşü mühüm əhəmiyyət kəsb edir”.   Bunu Sfera.az-a açıqlamasında siya...

Ermənistandan Azərbaycana ərazi mübadiləsi təklifi: “Bu kəndləri dəyişdirək...”

"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qirqoryan qeyd edib ki, Azərbaycanla danışıqlarda anklavlar məsələsi qaldırılmayıb. O, əlavə edib ki, anklavlar...

Ermənistan 6 bəndlik yeni təkliflə nə etməyə çalışır? - "Azərbaycanın bu maddələri qəbul etməsi..."

Ermənistan Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq rəsmi Bakıya altı bənddən ibarət təklif  göndərib. Bu barədə erməni jurnalistlərlə söhbətində Ermə...