“Omikron”un 3 yeni simptomu açıqlandı – Sizdə bu hallar varsa…

“Omikron”un 3 yeni simptomu açıqlandı – Sizdə bu hallar varsa…
Koronavorusun indiyədək ən yoluxucu variant olan "Omikron”un baş ağrısı, öskürək və yorğunluq kimi əlamətlərinə yeniləri də əlavə olunub.

Sfera.az xəbər verir ki, virusun "Omikron” variantına yoluxmuş xəstələrdə müxtəlif simptomlar olsa da, bir çox xəstələr soyuqdəyməyə bənzər yüngül simptomlardan şikayət edirlər. Bəzilərində isə ağır simptomlar müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər təşkilatlar tərəfindən aparılan araşdırmalar simptomları və onların arxasında duran səbəbləri açıqlayıb.

ÜST-nin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Dr. Maria Van Kerkhove Omikrona yoluxmuş insanlarda onlarla əlamət ola biləcəyini söyləyib:

"Biz bilirik ki, "Delta” ilə müqayisədə "Omikron”a yoluxduqda xəstəxanaya yerləşdirilmə riski orta hesabla daha azdır, lakin bu, onun yüngül xəstəlik olduğu demək deyil".

"Omikron” xəstələrinin əksəriyyəti boğaz ağrısı, şiddətli bədən ağrıları, yorğunluq, şiddətli baş ağrısı kimi soyuqdəyməyə bənzər simptomlarla üzləşirlər.
Böyük Britaniyanın London Kral Kolleci tərəfindən istifadəyə verilmiş "ZOE COVID Study” adlı tətbiq istifadəçilərdən yeni simptomlarla bağlı məlumatları bazasına toplayır.

Tətbiq vasitəsilə əldə edilən məlumatlara əsasən son vaxtlar "Omikron” xəstələrində ishal, iştahsızlıq və qarın ağrısı kimi mədə-bağırsaq simptomları ilə bağlı daxil edilən informasiyaların sayı artıb. Digər tərəfdən, yoluxmuş insanlar üç klassik COVID-19 simptomu - öskürək, qızdırma və iybilmənin itməsi haqda daha az məlumat daxil ediblər.

Mütəxəssislər bildiriblər ki, simptomların bu qədər geniş olması səbəbindən xəstəliyin konkret diaqnozunu müəyyənləşdirmək çətinləşib.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA

Məlum olduğu kimi Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalana bilmir. 1 ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan bəzi şə...

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə DƏYİŞİKLİKLƏR ediləcək

Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Bunu İcbari Tibbi Sığorta üzrə Döv...

Son sutkada yoluxanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər verir ki,...

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ ...