"Omikron"dan daha təhlükəli YENİ ŞTAM sürətlə yayılır - Kimlər yoluxa bilər?

COVİD-19-un "Omikron” variantından daha təhlükəli növü aşkarlanıb.
 
Sfera.az bildirir ki,  bununla bağlı Danimarkanın Kopenhagen Universiteti ilə ölkənin səhiyyə nazirliyi birgə araşdırma aparıb. Bəlli olub ki, "Omikronun” alt növü olan "BA.2” daha yoluxucudur.  

Elm adamları qeyd ediblər ki, ilkin məlumatlara əsasən, "BA.2” həm peyvənd olunmuş, həm də peyvənd olunmamış insanlarda ilk "Omikron” variantına nisbətən, daha asan ötürülə bilər. Lakin mütəxəssislər peyvənd olunanların bu virusa yoluxma riskinin daha az olduğu qənaətinə gəliblər. Peyvənd olunmayanların daha çox virus keçirdiyini vurğulayan alimlər, üçüncü dozanın əhəmiyyətini də qeyd ediblər.

"Bir evdə sözügedən virusa yoluxma baş verərsə, digər ailə üzvlərinin yoluxma ehtimalı 39 faizdir. Lakin bu rəqəm, "Omikron”da 29 faiz idi. Eyni zamanda BA.2-nin məktəblər və bağçalarda vaksin olunmamış uşaqlara yoluxma ehtimalı yüksəkdir”, - deyə araşdırma aparanlar söyləyib.

Qeyd edək ki, sözügedən virus Danimarka və bir neçə ölkədə artıq sürətlə yayılır.

Günay Rəsulqızı
Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Koronavirusa yoluxanların sayı AÇIQLANDI - ÖLƏN YOXDUR

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...

“Azərbaycanda pandemiya bitməyib, dördüncü doza vaksinə ehtiyac var” – AÇIQLAMA

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi 50 yaş və bu yaşdan yuxarı vətəndaşlara COVID-19 ilə mübarizə üçün dördüncü doza peyvənd tətbiq ediləcəyini bildirib. ...

Qalmaqal yaradan qanunun qüvvəyə minməsindən 4 ay keçir, amma... – Nazirlər Kabinetinə müraciət edildi

1 yanvar 2022-ci il tarixindən etibarən Azərbaycanda meyitlərdən orqan köçürülməsi əməliyyatlarına başlanılması ilə bağlı qanun qüvvəyə minib.   Qanunu...

Bu içkilər 25 yaşadək şəxslərə QADAĞAN EDİLƏ BİLƏR

Səhiyyə Nazirliyi yaşı 22-dən az olanları enerji içkilərini qəbul etməməyə çağırıb. Bildirilib ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürə...

Operativ Qərargah koronavirusla bağlı yeni MƏLUMAT YAYDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operati...

Azərbaycanda maska tələbi ləğv olunur?-AÇIQLAMA

"Bu yaxınlarda epidemioloji vəziyyətin gedişatından asılı olaraq COVID-19 pasportu və maska tələbi ləğv oluna bilər”.   Sfera.az  xəbər verir ki,b...