"Omikron"a yoluxan analar körpələrinə süd verə bilərlərmi? - Pediatrdan məsləhət
14:53 / 09.02.2022
594
Son zamanlar yoluxma sayında artımın müşahidə olunduğu hər kəsə bəllidir. Bu istiqamətdə əhali arasında narahatlıq doğuran məsələlərdən biri də süd verən analarla bağlıdır.
Maraqlıdır, analar "Omikron”a yoluxarsa, bu, uşağa zərər verə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən pediatr Günay Rəsulova bildirib ki, koronavirusa yoluxan analar körpələrini mütləq qidalandırmalıdırlar.
"Bu, bizə ən çox ünvanlanan suallardan biridir. Əlbəttə, ana övladına süd verməlidir – koronavirusa yoluxmasından asılı olmayaraq. Lakin önləmlər də alınmalıdır. COVİD-19 hava damcı infeksiyası olduğuna görə, analar tibbi maskadan istifadə edərək uşaqları yedizdirə bilər. Təki onlar bununla bağlı istəkli olsunlar”, - deyə müsahibimiz əlavə edib.
Günay Rəsulqızı
Sfera.az