O Günəşlə gəlir...

O Günəşlə gəlir...
Bəşəriyyətin mövcud olduğu bütün zamanlarda insanlar inanca sığınaraq özgüvən əldə ediblər. İnanc və özünə inam onları xeyirxah əməllərə, xoş niyyətlərə, sevgi və mərhəmət göstərməyə sövq edib. Beləcə  inanclar da, niyyətlər də müqəddəsləşib, özünü və kainatı dərk edən hər bir insanın qəlbinə və beyninə köçüb. İndi hər bir bayramın gəlişi qəlblərdə xoş arzular yaradır,  düşüncələrdə xeyirxah niyyətlər oyadır. Bayramlar insanlar arasındakı birlik və bərabərliyin,  sevgi və hörmətin önə çıxdığı günlərdir. Bayramlar insanların bir-biri ilə qucaqlaşdığı və ən xoş arzularını səmimiyyətlə bir-birinə çatdırdığı günlərdir. Ən xoş niyyətlər və ən səmimi duyğular məhz bayram günlərində dilə gəlir və insanları bir-birinə daha da doğmalaşdırır. Bütün bayramların tacı olan Ramazan Bayramı düşüncəsindən və  əməlindən asılı olmayaraq hamını birlik və bərabərlik durumuna gətirir, insana insanlığı sevməyi, xeyirxah və mərhəmətli olmağı, qəlbləri yalnız xoş niyyətlərlə bəsləməyi öyrədir.

Ramazan Bayramı İnsanın Təbiətlə harmonik qovuşmasını və  onun bir parçasına çevrilməsini təcəssüm etdirir. O Günəşlə gəlir və Günəş kimi ürəklərə hərarət, düşüncələrə aydınlıq gətirir. Hər səhər Günəşin üfüqdən boylanması təbiəti canlandırdığı kimi Ramazan bayramının gəlişi də insanların qəlbində xoş ovqat və xoş ümidlər oyadır. İnsanlığın Günəşə ümidi sonsuz olduğu kimi, Ramazan dualarına və niyyətlərinə ümidləri də tükənməzdir. Bütün ümidlərin doğrulması, ruzi- bərəkətin bolluğu, ədalətin təntənəsi isə İnsanın öz inancına, Ali Ədalətin mizan-tərəzisinə inamı və sədaqəti ilə bağlıdır.

Ramazan Bayramı bütün insanların bir-biri ilə qovuşduğu bir gündür. Əllərin və qəlblərin açıldığı bu gündə insanlar ürəklərindəki sevgi və mərhəməti, əllərindəki ruzi-bərəkəti bir-biri ilə paylaşır. Həyatda olan və olmayan, yaxında və ya uzaqlarda olan hər bir şəxs öz doğmaları və əzizləri tərəfindən yad edilir, xoş xatirələrlə anılır və beləcə bütün insanlar Müqəddəs Ramazan duaları və diləkləri ilə bir-birinə qovuşur.

Əziz dostlar, ürəklərdə saf niyyətlərin və xoş diləklərin çağladığı belə bir gündə hər birinizi Müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edirəm. Bu gözəl bayramın süfrələrinizə bolluq, düşüncələrinizə aydınlıq, qəlblərinizə sevgi və mərhəmət, həyatınıza xoşbəxtlik və səadət  gətirməsini arzulayıram.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...