Nigar Şabanova: “Nikahdankənar uşaq dünyaya gətirmək yaxşıdır”
14:10 / 12.04.2022
2795
"Hər bir qadının arzusu ana olmaqdır. Heç kimin ailəsini dağıtmadan, özü üçün uşaq dünyaya gətirirsə, bunun nəyi pisdir? Yaşlananda, bir çörək ala bilməyəndə, həkimə gedə bilməyəndə bu qınayanlar gəlib mənə kömək edəcəklər?”
Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova "Tarixin bir günü” proqramında deyib.
Xanəndə qardaşı qızını övladlığa götürməsindən danışıb:
"Onu gizlətmirəm, kimdənsə uşaq dünyaya gətirməmişəm. Öz anasına "mama”, mənə ana deyir. İxtiyarım yoxdur ki, onu anasından ayırım. Hər gəlin də bunu qəbul etməzdi. Üç yaşı var, məndən çox öz anası ilə vaxt keçirir. Nə qədər gec deyil, 40 yaşına çatmamısınızsa, gedin klinikalara, süni mayalanma ilə ana olun”.