Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda ilk qız məktəbinin yaradıcısı kimi tarixə düşən Hənifə Məlikova–Zərdabi

Bakıda ilk qız məktəbinin yaradıcısı kimi tarixə düşən Hənifə Məlikova–Zərdabi

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycanın ilk maarifçi qadınlarından olan Hənifə Məlikova–Zərdabi Bakıda ilk qız məktəbinin yaradıcısı kimi tarixə düşüb. Gördüyü böyük işlərlə xalqımızın yaddaşında dərin izlər qoymuş bu fədakar qadın 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə dünyaya göz açıb. Təhsilini Tiflisdə “Müqəddəs Nina” qız məktəbində alıb. Həmin dövrdə müsəlman qızların xristian ölkəsində təhsil almaları çox nadir hadisə idi.

Taleyin xoş bir günündə Hənifə xanım Azərbaycanda maarifçilik hərəkatının öncüllərindən olan Həsən bəy Zərdabi ilə ailə qurub.

Onların tanışlığının maraqlı tarixçəsi var. Həsən bəy Zərdabinin əslən balkar olan Hənifə xanımla tanış olması qəribə bir təsadüfdən başlayıb. Belə ki, Həsən bəy uşaqların, gənclərin təhsili üçün xeyriyyə cəmiyyəti təşkil etmək istəyib. Fikirləşib ki, varlı insanlar bu cəmiyyətin büdcəsinə yardım edərsə, yığılan pulların hesabına xeyli uşağa savad, təhsil vermək olar.

Görkəmli maarifpərvər ziyalı bu məqsədlə 1872-ci ildə Şamaxıda, Gəncədə, Tiflisdə, Naxçıvanda, İrəvanda, Şuşada, Dərbənddə, Qubada olub, şəhərin varlılarına məramını açıqlayıb, cəmiyyətə üzv olmalarını istəyib. Çox çətinliklə tərəfdar toplayan Həsən bəy göndərilən pulların hesabına kasıb uşaqları oxutmağa başlayıb. Uşaqların mənzil şəraitini də təşkil edəndən sonra Həsən bəyin qarşısına daha çətin bir məsələ çıxıb: şagirdlərin qayğısına qalacaq tərbiyəçi qadın lazım idi. Bu heç də asan məsəl deyildi. Şərtlərə uyğun gələn qadını tapmaq çox vaxt apara bilərdi. Çünki həmin qadın həm rus, həm də türk dilini bilməli idi. O dövrdə isə bu keyfiyyətlərə sahib, oxumuş qadın tapmaq müşkül məsələ idi. Belə bir vaxtda Həsən bəy qəzetdə Tiflisdəki “Müqəddəs Nina” qız məktəbini bitirənlərin siyahısına rast gəlir və orada bir ad diqqətini çəkir: Hənifə Abayeva.

Həsən bəy bu fürsəti əldən vermir. Çünki rus dilində təhsil almış bir müsəlman qız onun üçün çox önəmli idi. Həmin qızla tanış olmaq, öz məqsədini bildirmək üçün Tiflisə yola düşür. Gəlişinin səbəbini bildirəndə məktəbin direktoru Hənifə xanım haqqında ona hərtərəfli məlumat verir.

Həsən bəy öyrənir ki, balkarların dörd əsas tayfasından biri olan Abayevlərin ən şöhrətlisi Hənifə xanımın atası Aslan bəy Abayevdir. O, mahal başçısı kimi çarın qəbulunda da olub, xalq arasında sözü keçən knyazdır. Aslan bəy Şimali Qafqazı idarə edən Tersk vilayətinin hərbi rəisi general Vaxtanq Orbelianiyə məktub yazaraq ailənin iki qızının Tiflisdəki “Müqəddəs Nina” qızlar gimnaziyasında oxumasına kömək etməsini ondan xahiş edir. Qafqaz əslizadələrinin qızlarının oxuduğu həmin gimnaziyaya Qafqaz canişinin arvadı hamilik edirdi. V.Orbeliani Tiflisə məktub yazıb Aslan bəyin qızlarının orada təhsil almasına icazə istəyir. Canişin ilk müsəlman qızlarının oxunmasına rəğbətlə yanaşır. Aslan bəyin arvadı Fatma xanım böyük qızı Hənifənin Tiflisə getməsinə razı olur, kiçik qızı Paşaxanımı isə yanında saxlayır. Hənifə Tiflisə tək getməsin deyə praporşik Omarxan Şahmanov qızı Fuzanı Hənifəyə qoşur.

Daha sonra direktor Həsən bəyi buraxılış gecəsi münasibətilə keçiriləcək müsamirəyə dəvət edir və burada o, Hənifə xanımla tanış olur. Həsən bəyin çağdaş düşüncələri, işıqlı məqsədi Hənifə xanımın qərar verməsinə səbəb olur. Həm də bu onun da çoxdankı arzusu idi. Beləliklə, Hənifə xanım Bakıya gəlir və uşaqların təlim-tərbiyəsi ilə məşğul olur.

Hənifə xanım xatirələrində yazır ki, Həsən bəy Bakıya qayıtdıqdan sonra daha fəal işləməyə başlayır: “O, birinci növbədə cəmiyyətin himayəsinə götürdüyü iki şagirdi öz mənzilinə gətirdi. Həsən bəy sonralar iki uşaq əvəzinə, evində ona qədər uşaq saxlayırdı”.

Amalları, məqsədləri eyni olan bu iki insan öz həyatlarını da birləşdirirlər.

Bu maraqlı tarixçəni Zərdabilər ailəsinin kürəkəni, Azərbaycan Xalq Cümhuriyyətinin önəmli simalarından olan Əlimərdan bəy Topçubaşov 1925-ci ildə qələmə aldığı “Azərbaycanın mayakı” sərlövhəli məqaləsində belə təsvir edirdi: “Həsən bəy öz həyat yolunda yüksək təhsilli gənc dağlı qızı Hənifə xanım Abayevaya rast gəldi. Bu qız milliyətcə balkar idi. Türk əsilli balkarlar (bulqarlar, balxarlar) başı qarlı Elbrusun ətəyində məskən salmış balaca xalqdır. Bu xalqda Abayev familiyası çoxsaylı familiyalardan biridir, məşhur kabardin, çərkəz və osetin familiyaları ilə qohumdur. 8-9 yaşlı qızı Tiflisdəki “Müqəddəs Nina” təhsil müəssisəsinə qoymuşdular. Kursu əla qiymətlərlə bitirdi. Lakin Hənifə Abayeva təhsil müəssisəsinin divarlarını tərk etməyə macal tapmadı. Həsən bəy onu nişanladı. Həsən bəy mövcud adəti pozdu: elçiliyi özü elədi, mollanı təhsil ocağına gətirib kəbin kəsdirdi. Gənc Hənifə xanım sevdiyi Balkarıstanla və onun füsunkar dağları ilə vidalaşmalı oldu, Xəzərin sahilinə köçdü. Burada onu həm iş, həm də seçdiyi adamın şöhrəti gözləyirdi”.

Hənifə xanımla evləndikdən sonra artıq onu anlayan, ona dəstək olan bir insanın varlığı Həsən bəyi daha da ruhlandırır. O, maarifçilik yolunda daha uğurlu, inamlı addımlar atır. 1873-cü ildə şagirdləri ilə birlikdə Bakıda türk dilində ilk teatr tamaşasını təşkil edir. Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsəri səhnələşdirilir. 1875-ci il iyulun 22-də isə Azərbaycanda türk dilində ilk qəzet olan “Əkinçi”ni nəşr etdirir.

Hənifə Məlikova–Zərdabi 1875-1877-ci illərdə Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrində çox əziyyətlər çəkib, çox cəfalara dözüb, necə deyərlər, kirpikləri ilə od götürüb. Üzləşdiyi əzab-əziyyətlərə rəğmən bu ziyalı xanım xalqa fayda vermək üçün əlindən gələni əsirgəməyib.

Hənifə xanım o illəri xatırlayaraq yazırdı: “Qəzet cəmiyyəti hərəkətə gətirmişdi. Həsən bəy yeni başlayan müxbirlərə və qəzetin əməkdaşlarına olduqca həssas yanaşırdı. Çox vaxt aldığı zəif məqalələri ehtiyatla sahibinə qaytarıb onun nöqsanlarını başa salırdı”.

Təbii ki, bu uğurların qazanılmasında Həsən bəy ömür-gün yoldaşı Hənifə xanıma minnətdar idi.

Millətimizin və ailəsinin yolunda fədakarlıqlar göstərmiş bu gözəl, ziyalı, sədaqətli və dəyanətli xanım Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı deyil, həm də mübarizə yoldaşı olub. Yüksək insani keyfiyyətləri ilə xalqın dərin hörmət və ehtiramını qazanmış, Azərbaycanda həyat yoldaşı haqqında memuar yazan altı qadından birincisi olan Hənifə xanım 16 il əri ilə birlikdə Zərdabda nəzarət altında yaşayıb.

Hənifə xanım və Həsən bəy Zərdabda yaşadıqları dövrdə - 1881-ci ildən başlayaraq öz evlərində, mənzillərində pulsuz məktəb açıb, yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə baxmayaraq, heç bir təmənna ummadan insanlara elm, savad öyrədiblər.

On altı ildən sonra onlar yenidən Bakıya qayıdırlar. XX əsrin əvvəllərinin Bakısı artıq tamam başqa idi. Anadilli qəzetlərin nəşrinə yenidən icazə verilmiş, yeni dövrün ziyalıları mətbuata atılmışdılar. Həsən bəyin də həyatında yaxşılığa doğru dəyişikliklər başlayır. Dumaya seçilir, yenidən qəzetdə çalışır və bütün bunlarla yanaşı, daha mühüm bir işə qol qoyur: müsəlman qızları üçün məktəb açmaq.

Həmin dövrdə qızlar məktəbinin açılması üçün səy göstərənlərdən biri də Bakı milyonçusu Hacı Zeynəlabdin Tağıyev idi. O, bir neçə cəhddən sonra, nəhayət, məktəbin açılmasına icazə ala bilir. Məktəbin nizamnaməsini Həsən bəy hazırlayır. Nizamnaməyə görə məktəbin müdiri təhsilli bir türk xanımı olmalı idi. Bu vəzifəyə isə ən ideal namizəd Hənifə xanım Məlikova idi.

Bakıda ilk qız məktəbinin yaradıcısı kimi tarixə düşən Hənifə Məlikova 1901-1905-ci illərdə ilk müsəlman qız məktəbinin müdiri işləyib. O, 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışıb. Maarifçilik tariximizdə, dünyəvi təhsilin inkişafında və savadlı mütəxəssislərin yetişməsində bu məktəblərin böyük rolu olub.

İlk müsəlman qız məktəbinə savadlı, ziyalı qadın müəllimlər cəlb olunublar. Rəhilə Terequlova (Hacıbababəyova), Məryəm Sulikeviç, Adilə Şahtaxtinskaya, Gülbahar Əhriyeva, Məryəm Hembitskaya, Şəfiqə Əfəndizadə, Mina Aslanova, Gövhər Qazıyeva, Nabat Nərimanova, Şəhrəbanu Şabanova və Azərbaycanın ilk qadın dramaturqu, yazıçı Səkinə Axundzadə məktəbin önəmli pedaqoqları idilər.

Ə.Topçubaşov o illəri belə xatırlayırdı: “Həsən bəyin ləyaqətli rəfiqəsi həmin andan etibarən xalq təhsilində müstəqil fəaliyyətə başladı. Həsən bəylə keçirdiyi həyat yolu onun üçün nümunəvi məktəb idi. Bu fədakar qadın təkcə zəhmətkeş kütlələrin maariflənməsi məsələsinə dərindən müdaxilə etməklə kifayətlənmədi, həm də onların vəziyyətini, ehtiyaclarını, adət-ənənələrini öyrəndi…Öz şagirdlərinin məhəbbətini və bütün müsəlman cəmiyyətinin, xüsusilə də qadınların hörmətini qazandı”.

Hənifə xanım Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynayıb. 1907-ci ildə Həsən bəyin ölümündən sonra da bu dəyanətli xanım ictimai işləri davam etdirib. Bakıdakı məşhur “Nicat” cəmiyyətinin qadın bölməsinin yaradıcılarından biri kimi qadınların tərəqqisi yolunda çox böyük işlər görüb. Belə ki, 1908-ci ildə Hənifə xanım Məlikova-Zərdabinin təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin bir şöbəsi kimi “Bakı xanımlarının ilk təşkilatı” yaradılıb. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyərək Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilib.

Azərbaycanda XIX əsrin ortalarından başlayaraq yüksəliş mərhələsinə qədəm qoyan maarifçilik hərəkatı nəticəsində ölkədə bu kimi bir çox nüfuzlu cəmiyyətlər yaranıb.

Beləliklə, böyük bir maarifçilik hərəkatının genişlənməsinə təkan verən bu hadisələr çoxlu sayda qadın ziyalıların yetişməsində önəmli rol oynayıb. Bu qadınlar cəmiyyətin müxtəlif sahələrində öz yerlərini almağa başlayıblar.

Qısa vaxtda qadın maarifçilik hərəkatı mətbuata da yol açıb. 1911-ci ildə isə Xədicə Əlibəyovanın rəhbərliyi altında ilk qadın jurnalı - “İşıq” nəşr edilib. Dövrünün ziyalı xanımlarından olan Həlimə Axundova “Işıq” jurnalında “Müsəlman qadınların hüquqları” məqaləsində yazırdı: “Əgər biz insanıqsa onda bizimlə insan kimi rəftar etmək lazımdır. Mənim bacılarım, qətiyyət göstərməyin vaxtıdır. Bizə bilik lazımdır”.

H.Z.Tağıyevin açdığı rus-müsəlman qız məktəbinin ilk məzunlarından olan Nazlı Tahirova Naxçıvanda qızlar məktəbində müəllim, sonra pedaqoji məktəbin müdiri işləyib. Cəmiyyətin dirçəlməsi üçün maarifçilik meydanına atılan belə qadınların sayı onlarladır. Əlbəttə, bu işdə onlara örnək olan Hənifə xanımın da payı vardır.

Gördüyü maarifpərvər işlər sayəsində Azərbaycanda yetərincə tanınan, xalq arasında böyük rəğbət qazanan Hənifə xanımın adı, onun maarifçilik fəaliyyəti Zaqafqaziyanın demokratik dairələrində də məşhurlaşıb. Cəhalətlə mübarizə aparanın, tərəqqipərvər əməllərə təşəbbüs göstərənin həyatı heç də rəvan olmur. Hənifə xanım da bu qəbil insanlardan olub. Onun həyatı əziyyətlərlə, sınaq və təqiblərlə keçib, çox cəfalara dözüb. Hər əzaba mətanətlə sinə gərən bu fədakar qadının məramı, amalı avam kütlənin, xüsusən də türk qadınlarının mədəni səviyyəsini bacardığı qədər yüksəltmək idi.

Hənifə xanım 1925-ci ildə həyat yoldaşı haqqında xatirələrini çap etdirib. Onun böyük fəxrlə qələmə aldığı bu xatirələrdə Həsən bəylə birlikdə xalqın maariflənməsi yolunda necə fədakarlıqla mübarizə apardığı əksini tapıb.

Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işləyib.

Unudulmaz maarifçi xanım Hənifə Məlikova–Zərdabi 1929-cu ildə 73 yaşında Bakıda vəfat edib. Həsən bəy Zərdabi kimi onu da bütün Bakı əhalisi son mənzilə dərin hüzn və ehtiramla yola salıb. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyov dəfn mərasimində çıxış edib: “Biz bu gün ağsaçlı ananı son mənzilə yola salırıq. Onun tərbiyə etdiyi, təhsil verdiyi övlad bir deyil, beş deyil, on da deyil – minlərlədir. Xalqımız Hənifə xanımın elədiyi xeyirxahlığı, təmənnasız yaxşılığı heç vaxt unutmayacaq”.

Hənifə xanım şəhər qəbiristanlığında dəfn olunub, sonralar nəşi Fəxri xiyabana - həyat yoldaşı H.Zərdabinin məzarına köçürülüb. Tale onları ölümdən sonra da bir-birindən ayırmayıb…

Kifayət Əliyeva
AZƏRTAC-ın müxbiri
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib