Nərminin qətli ilə bağlı YENİ İDDİALAR

Nərminin qətli ilə bağlı YENİ İDDİALAR
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Sfera.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində keçmiş polis əməkdaşı, İlkin
Süleymanovun əmisi oğlu Murad Süleymanov üçüncü dəfə ifadə verib.
 
O, təqsirləndirilən İlkin Süleymanovun vəkillərinin və hakimin suallarını cavablandırıb.
 
M.Süleymanov keçən məhkəmə prosesində ifadəsində bildirmişdi ki, onun yaşadığı ev İlkin Süleymanovun qaldığı evlə bitişikdir və Nərmin Quliyevanın saxlanıldığı iddia edildiyi otaq isə onun qaldığı otaqla arakəsmə olaraq yanbayandır və o heç vaxt həmin otaqda səs eşitməyib.
 
Bugünkü ifadəsində də bildirib ki, bununla bağlı hətta səs eksperti aparılıb: "İstintaq zamanı hüquq mühafizə orqanlarının əməkdaşları Nərminin saxlanıldığı iddia edilən otaqdan mənim ifadəmdə də dediyim otağa səsin gəlib-gəlmədiyi yoxlanılıb. Onlar da orda danışılan zaman səsin eşidildiyini təsdiq edilib. Daha sonda İstintaq zamanı meyitin tapıldığı ərazidə araba izi olub buna görə kənd sakinlərinə məxsus arabaların təkər izi də yoxlanılıb. Lakin bütün bunlar barədə istintaq işində qeydlərə rast gəlinməyib. İlkini şöbəyə aparanda demişdilər ki, onu sadəcə şahid qismində saxlayıblar, lakin sonra bizə dedilər ki, İlkin günahkardır. Ancaq hansı əsaslara görə onu günahkar hesab edirlər günü bu gün də sübut yoxdur".
 
Hakimin qərarı ilə növbəti məhkəmə prosesi aprelin 12-nə təyin olunub.  

OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...