"Neftçi" və "Zirə"dən qələbə

Azərbaycan Premyer Liqasında 23-cü tur yekunlaşıb.
 
Sfera.az xəbər verir ki, turun son günündə iki qarşılaşma baş tutub. Əvvəlcə "Zirə" doğma meydanda "Səbail"i qəbul edib. Bu matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rəşad Sadıqovun komandasından Hamidu Keyta biri penaltidən olmaqla iki qola imza atıb. "Səbail"dən 90+5-ci dəqiqədə Nikolas Raysel fərqlənib. Legioner futbolçu 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Turun son görüşü "Bakcell Arena"da "Neftçi" və "Sabah" arasında baş tutub. Qarşılaşmada Samir Abasovun komandası minimal hesablı qələbəyə sevinib. Görüşün yeganə qolu isə elə "Sabah"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə öz qapısına vurub. 
 
Bu qələbədən sonra "Neftçi" xallarının sayını 44-ə çatdırıb. Turnir cədvəlinə isə 55 xalla "Qarabağ" başçılıq edir.
 
Turun ötən gün keçirilən görüşlərində isə aşağıdakı nəticələr qeydə alınmışdı.
 
"Qəbələ" - "Sumqayıt" 1:1
"Qarabağ" - "Şamaxı" 8:0
 
"Qarabağ" - 55, "Neftçi" - 44, "Zirə" - 39, "Qəbələ" - 35, "Sabah" - 32, "Şamaxı" - 20, "Sumqayıt" - 15, "Səbail" - 14 

 

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...