"Neftçi" - "Sumqayıt" oyununun başlama saatı dəyişdirildi
17:49 / 13.03.2022
1842
"Neftçi" və "Sumqayıt" komandaları arasında Azərbaycan Premyer Liqasının XIX tur oyununun başlama saatı dəyişdirilib.
Sfera.az PFL-in saytına istinadən xəbər verir ki, buna turun "Qəbələ” - "Zirə” matçının əlverişsiz hava şəraitinə görə dayandırılması səbəb olub.
Turun son matçı saat 18:15-də deyil, 18:45-də start götürəcək.
Qeyd edək ki, Qəbələdəki görüş 65-ci dəqiqədə dayandırılıb.