Onlara "Müharibə veteranı" adı verildi - RƏSMİ

Onlara
Vətəndaş Əsgərov Vüqar Əli oğlunun 09.03.2022-ci il tarixində "Müharibə veteranı" adının verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciətinə cavab olaraq bildirilib ki, onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədlərin tamamlanması üçün zəruri işlər görülür.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həmin vətəndaş 29.04.2022-ci il tarixində təkrar olaraq müraciət edib. Nazirlikdən V.Əsgərova zəruri sənədlərin hazır olması barədə məlumat verilib. Əlavə olaraq izah olunub ki, ondan başqa 12000-dən artıq Vətən müharibəsi iştirakçısının arayış-məlumatları tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar verilməsi üçün müvafiq komissiyaya göndəriləcək.

Bildiririk ki, Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə "Müharibə veteranı" adı verilib. Vətəndaş V.Əsgərov da daxil olmaqla digər 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir. Zəruri sənədlər tam hazır olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edilməsi üçün müvafiq komissiyaya təqdim ediləcək.

Bundan sonra, "Müharibə veteranı" adının verilməsi təsdiq olunan və adları "Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) verilməsi 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Bir daha sosial şəbəkə istifadəçilərini əsassız iddialar səsləndirən vətəndaşların çıxışlarını yaymaqla ictimaiyyətdə yanlış rəy formalaşdırmamağa çağırırıq.





 

OXŞAR XƏBƏRLƏR

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürdü - RƏSMİ

İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürüb. Bu barədə Sfera.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mər...

Prezidentdən vacib SƏRƏNCAM

Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib. Sfera.az xəbər verir ki, bu barədə Prezi...

Milli Məclisdə neçə mandat yeri boşdur? – SİYAHI

Ölkənin ali qanunverici orqanında boş qalmış yerlərin sayı seçkidən sonra da artmağa başlayıb.  Məlum olduğu kimi 2020-ci ilin fevral ayında keçirilən ...

DİN Bəxtiyar Hacıyevə qoyulan “stop”u götürdü

 İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu bildirib. Sfera.az xəbər verir ki, bu barədə o, fey...

Prezidentlər klassik avtomobillərə baxdılar - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.   Azərbaycan Prezidenti İlham Əliyev və Litva ...

Sərhəddə hərbçilərimizə silahlı müqavimət göstərildi, saxlanılan var - RƏSMİ

Dövlət Sərhəd Xidmətinin (DSX) "Horadiz” və "Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 106 kiloqram 495 qram narkotik vasitəyə bənzər mad...