Narkotikə görə cinayət məsuliyyəti ləğv edilir - VİDEO

Narkotikə görə cinayət məsuliyyəti ləğv edilir - VİDEO
Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilir.
 
Bu, Milli Məclisin bu gün keçirilmiş plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərdə əksini tapıb.
 
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanmasına, daşınmasına və ya göndərilməsinə görə 300 manatdan 400 manatadək məbləğdə cərimə tətbiq ediləcək. İşin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs cəzasından istifadə ediləcək.
 
Bununla bağlı  "Xəzər Xəbər"ə danışan millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilsə də, şəxsi istifadə həcmindən artıq narkotik vasitələr üçün cəzalar daha da sərtləşdirilib.
 
Millət vəkili onu da qeyd edib ki, yeniliklər başqa bir qanunla birlikdə tətbiq ediləcək. Yeni qanunda narkotik maddələrin ölçüləri yer alacaq.
 
Qeyd edək ki, hazırda qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 

 

OXŞAR XƏBƏRLƏR

Narkotikə görə cinayət məsuliyyəti ləğv edilir - VİDEO

Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilir.   Bu, Milli Məclisin bu gün keçirilmiş plenar iclasında III oxunuşda müzakirəyə...

Küçədə anasını qətlə yetirən yeniyetmə saxlanıldı - RƏSMİ

Xəbər verirdiyimiz kimi, Bakıda metronun qarşısında qətl baş verib. Sfera.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, "Neftçilər" metrosta...

“Anasına danışanda oğluna şər atdığımı dedi” - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən ...

Yoluxanların sayı 200-dən aşağı düşdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər ver...

Qanunsuz ov edənlər saxlanıldı

 Dövlət əhəmiyyətli qoruq və parklara qanunsuz yollarla daxil olaraq ov etməyə çalışan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi...

Azərbaycanda nişanlısından ayrılan oğlan canlı yayımda özünü asdı

Ötən gecə sosial şəbəkədə açılan canlı yayım zamanı gənc oğlan özünü asıb. Sfera.az publika.az-a istinadən xəbər verir ki, Xəyal adlı gənc nişanlısından ayrıld...