Naftalanda 63 yaşlı kişini avtomobil vurub
17:39 / 22.03.2022
1934
Naftalan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sfera.az-a verilən məlumata , Naftalan şəhərində avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 1959-cu il təvəllüdlü Dursun Tağıyevi vurub. O, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.