Mustafa Sandal toyuna nəqədər pul xərcləyəcək?

21:28 / 13.05.2022
1864
Türkiyəli müğənni Mustafa Sandal nişanlısı Melis Sütşurup iyunun 3-də Romada nikah masasına əyləşəcək.
Sənətçinin toyunda 80 nəfər iştirak edəcək. Sandal qonaqların otelə gəlişi, gecələməsi və toy xərcləri üçün ümumi olaraq 100 min avro ödəyəcək.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün toyu isə iyunun 10-da Marmarisdə baş tutacaq.