Müharibənin 3-cü fazası başlayır: "Ukrayna əks-hücuma keçib Xersonu azad edəcək, sonra isə..."

Müharibənin 3-cü fazası başlayır:
"Ukrayna komandanlığı Rusiyanın 2-ci faza hücumlarını dəf edərək düşməni mümkün qədər çox itkiyə məruz qoyduqdan sonra böyük ehtimalla genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayacaq”.
 
Sfera.az-ın məlumatına görə, bunu siyasi şərhçi Şahin Cəfərli deyib. O xatırladıb ki, indiyə qədər yalnız taktiki xarakterli lokal əks-hücumlar həyata keçirilib:
"Bu, müharibənin 3-cü fazası olacaq. Əks-hücum əməliyyatlarında əsas istiqamətin Xerson olacağını bilmək üçün hərbi ekspert olmağa gərək yoxdur. Bu vilayətin asanlıqla əldən verilməsi hadisəsində çoxlu qaranlıq və şübhəli məqamlar var. Müharibədən sonra bu epizod cinayət araşdırmasının mövzusu olacaq. Xersonu azad etməklə, həm Rusiyanın Krıma açdığı quru yolu təkrar bağlanacaq, həm də yarımadanı geri qaytarmaq şansı yaranacaq”.

Ş.Cəfərli qeyd edib ki, müharibədən əvvəl Ukraynanın Krımı hərbi yolla geri alması ehtimalı fantastik ideya kimi görünürdü:

"Amma artıq belə görünmür. Başa düşürəm ki, bu, çox çətin və riskli variantdır, lakin tarixi şans yaranıb. "İslanmış" Ukrayna bu "yağış"dan da qorxmursa və hər cür itkini gözə almağa hazırdırsa, Krımı azad etmək qeyri-mümkün bir məsələ deyil. Müharibənin davam etməsini və Rusiyanın zəifləməsini istəyən bəzi NATO ölkələri də bu işdə Kiyevə dəstək verəcəklər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ukraynanı müdafiə edən cütlük “Azovstal”da belə öldürüldü - Azyaşlı oğulları ata-anasız qaldı

Mariupol uğrunda döyüşlərdə Donbassdan olan gənc ər-arvad Alla və Vitali Taranovlar "Azovstal”da Rusiya hərbçiləri tərəfindən öldürülüb.   Sfera.az Uk...

Putin Ukrayna ilə bağlı səlahiyyəti FTX-dən alıb bu quruma verdi - Qəddarlıqları ilə məşhur general iş başında

Ukraynada uğur qazanmamağının səbəbini məyus edici kəşfiyyat əməliyyatlarında görən Rusiya prezidenti Vladimir Putin qəfil qərar verib.   Sfera.az bildir...

Rusiya bu bölgələri ilhaq edəcək - Tarix açıqlandı

Rusiyanın mayın ortalarında 3 bölgəni ilhaq cəhdi edəcəyi gözlənilir.   Sfera.az bildirir ki, bu barədə ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşki...

Ukraynanın müharibədəki GİZLİ SİLAHI: Rusiyanın növbəti hədəfi odur

Güclü Rusiya ordusuna meydan oxuyan Ukraynanın uğurunun arxasında duran daha bir detal açıqlanıb.   Sfera.az bildirir ki, mütəxəssislərin sözlərinə görə,...

"Əlimizdə heç kimin cavab verə bilməyəcəyi silahlar var, lazım gəlsə..." - Putin HƏDƏLƏDİ

Rusiya prezidenti Vladimir Putindən hədələyici bəyanatlar gəlib.   Sfera.az bildirir ki, o, Ukrayna müharibəsinə kənardan müdaxilə etməyə çalışan ölkələr...

Müharibənin 3-cü fazası başlayır: "Ukrayna əks-hücuma keçib Xersonu azad edəcək, sonra isə..."

"Ukrayna komandanlığı Rusiyanın 2-ci faza hücumlarını dəf edərək düşməni mümkün qədər çox itkiyə məruz qoyduqdan sonra böyük ehtimalla genişmiqyaslı əks-hücum ə...