Müəllim şagirdə məktəbdə zərbə vurubmuş - RƏSMİ

Müəllim şagirdə məktəbdə zərbə vurubmuş - RƏSMİ
Paytaxtdakı 27 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) müəllimi tərəfindən döyülməsinə dair məsələ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb.

Sfera.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qurumdan qeyd edilib ki, araşdırma zamanı məlum olub ki, 14.04.2022-ci il tarixində tənəffüs zamanı sözügedən məktəbin müəllimi ilə 11-ci sinif şagirdi arasında yaranmış mübahisə müəllimin şagirdə zərbə vurması ilə nəticələnib:

"Müəllim baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin "102” Xidməti-Zəng Mərkəzinə məlumat verib. Həmin məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.

"Bundan əlavə, ümumi təhsil müəssisəsində müəllim-şagird münasibətlərinin qarşılıqlı hörmət əsasında qurulması, təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verilməməsi, yaranmış anlaşılmazlığın konstruktiv həll edilməsinə səy göstərilməsi istiqamətində müəssisə rəhbərliyi tərəfindən aidiyyəti şəxslərlə birlikdə müvafiq iş aparılıb. Müəllimlə şagird arasında yaranan anlaşılmazlıq aradan qaldırılıb və tərəflər qarşılıqlı olaraq narazılıqlarının olmadığını bildiriblər”, - deyə əlavə edilib.

Qeyd edək ki, bir müddət əvvəl uşağı Xətai rayonu 27 saylı orta məktəbdə təhsil alan valideyn redaksiyamıza müraciət ünvanlayaraq, təhsil müəssisəsinin "Coğrafiya” fənni üzrə müəllimi Kənan Həsənovun 11 "c” sinif şagirdini səbəbsiz olaraq təhqir etdiyini bildirib.
 

OXŞAR XƏBƏRLƏR

Nazirlik müəllimin şagirdi döyməsinə münasibət bildirdi - VİDEO

Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Sfera.az  xəbər verir...

Bu şagirdlər məktəbdən çıxarılır? - AÇIQLAMA

Zəif və orta nəticələr göstərən şagirdlərin 9-cu sinfi bitirdikdən sonra təhsildən uzaqlaşdırılması və peşə məktəblərinə yönəldilməsi ilə bağlı məktəb direktorl...

21 şagird məktəbdən uzaqlaşdırılıb? - NAZİRLİKDƏN CAVAB

Xəbər verdiyimiz kimi, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin 21 şagirdi zəif nəticə göstə...

Bakıda 37 orta məktəbə yeni direktor təyin olundu - SİYAHI

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 37 orta məktəbə yeni direktor təyin olunub. Sfera.az xəbər verir ki, bu barədə...

"Direktorların təyinatında ciddi qanun pozuntularına yol verilir" - Deputat iki məktəbin adını çəkdi

"Son zamanlar məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur”.   Sfera.az bildirir ki,...

Başqasının yerinə imtahana girmək istədi, 4 telefon aşkarlandı

Dövlət İmtahan Mərkəzi mayın 15-də əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi x...