“Moskva”nın batırılması ətrafında mübahisələr səngimir: "Rusiyanın uğursuzluğa düçar olmasının əsl səbəbi..."

“Moskva”nın batırılması ətrafında mübahisələr səngimir:
Aprelin 14-də Ukrayna Silahlı Qüvvələrinin "Neptun” raketi ilə vurması nəticəsində batan "Moskva” kreyseri ətrafında mübahisələr davam edir. Rusiya tərəfi kreyserin Ukrayna hərbçiləri tərəfindən batırıla bildiyini qəbul etmək istəmir.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, bu dəfə Rusiya ABŞ kəşfiyyat orqanlarının "Moskva”nın batırılmasında əli olması ilə bağlı yeni iddia irəli sürüb:

"Guya ABŞ Rusiya kreyserinin yerləşdiyi koordinatlar haqqında məlumatı Ukrayna hərbçilərinə verib ki, bu da gəminin batırlmasında əhəmiyyətli rol oynayıb. Pentaqonun nümayəndəsi Con Kirbu Rusiyanın bu iddiasını rədd edərək bildirib ki, ukraynalılar rus hərbi gəmilərini nəzarətdə saxlamağa qadir kəşfiyyat imkanlarına malikdirlər və bu imkanlardan kreyserə qarşı istifadə ediblər. Elə Rusiyanın Ukrayna cəbhəsində ciddi uğursuzluğa düçar olmasının əsl səbəbi onların Ukrayna Silahlı Qüvvələrinin imkanlarını düzgün qiymətləndirməməsi olub. Əgər Kreml əməliyyata başlamazdan qabaq ukraynalıların bu cür şücaətlə döyüşüb rus qoşunlarının qarşısını saxlamaq gücündə olduğunu bilsəydi, ya əməliyyata başlamazdı, ya da bunun üçün daha fərqli taktika tətbiq edərdi”.
 
Müsahibimiz deyib ki, indi  Rusiya cəbhədəki uğursuzluğunu əsaslandırmaq üçün ABŞ və NATO-nun digər ölkələrinin ukraynalılara hərbi və iqtisadi yardımını əsas gətirirlər:

"Unutmaq lazım deyil ki, ABŞ və NATO Ukraynaya hərbi yardımı bu ölkənin ruslara qarşı savaşmaq gücündə olduğunu qətiləşdirdikdən sonra intensivləşdirdilər. Ukraynalılar savaşmağı bacarmasaydılar, Ukrayna da Əfqanıstanın gününə düşəcəkdi. Rusiya da bunu artıq başa düşməli və Ukrayna hərbçilərinə yuxarıdan aşağı baxmaqdan əl çəkməlidirlər. "Moskva” kreyserinin vurulmasına gəlincə, deyəsən yenə də günah Bayraktar TB2-nin üzərində qaldı. Çünki bu hadisədə təkcə onun oynadığı rolu inkar etmirlər”.

Günay Rəsulqızı 
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb. Niderlandın "NRC” saytına müsahib...

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – "Onda belə çıxır ki..."

Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.    Qanun layihəsində tarix...

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib....

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.    "Ukraynanın NATO-ya...

“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA

"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbay...