Moskvadan XƏBƏRDARLIQ: "Qərb öz qırmızı xətlərini də keçdi"

Moskvadan XƏBƏRDARLIQ:
"Qərb ölkələri öz dəyərlərinin üstündən xətt çəkib və hətta öz qırmızı xətlərini keçiblər".

Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Mənə elə gəlir ki, Qərb təkcə bizim qırmızı xətlərimizi keçməyib. Məsələ ondadır ki, Qərb öz qırmızı xətlərini də keçib. Axı məqsəd və niyyətlə bağlı bütün o yüksək bəyanatlar Qərbin özü tərəfindən məğlub edilib. Buyurun - söz azadlığı, beynəlxalq hüquq, demokratiya və azadlıq kimi ən yüksək dəyərləri tapdaladılar, hamısının üstündən özləri keçdilər", - Zaxarova deyib.

Zaxarova əlavə edib ki, Rusiya İkinci Dünya Müharibəsindən sonra əldə olunan beynəlxalq tarazlığı qorumaq üçün bütün imkanlardan istifadə edib. Diplomat vurğulayıb ki, Rusiya Federasiyası anti-Rusiya sanksiyalarının tətbiqinə, onların hər il uzadılmasına və tarixinə qarşı aşağılayıcı münasibətə baxmayaraq, son ana qədər Qərblə kompromislərə və istənilən növ danışıqlara hazırdır.  

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...