Minsk-Varşava münasibətləri pisləşir - Lukaşenko səfiri geri çağırdı
18:12 / 14.05.2022
1594
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Polşadakı səfiri Vladimir Çuşyevi tutduğu vəzifədən azad edib.
Sfera.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.
"Belarus Konstitusiyasının 84-cü maddəsinin 20-ci bəndinə uyğun olaraq, Çuşyev Vladimir Nikolayeviç Belarus Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, – fərmanda bildirilir.