Minik avtomobili "TIR"la toqquşdu, xəsarət alan var
22:56 / 19.03.2022
1842
Qazax rayonunda yük və minik avtomobilərin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.
Sfera.az xəbər verir ki, hadisə Qazax rayon Ağköynək kənd ərazisində qeydə alınıb. "VAZ" markalı avtomobilin "TIR" tipli yük maşını ilə toqquşması nəticəsində xəsarət alan minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü Emil Orucov olduğu bildirilir. O, xəstəxanaya aparılıb. Hazırda vəziyyətinin kafi olduğu deyilir.
Faktla bağlı araşdırmalara başlanılıb.