Mikroavtobus minik avtomobili ilə toqquşdu, 13 nəfər yaralandı - FOTO
20:28 / 15.03.2022
1781
Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.
Sfera.az xəbər verir ki, hadisə "Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.
Belə ki, "Hyundai" markalı mikroavtobus "Hyundai Santa Fe" minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)