Mikayıl Cabbarov: “Azərbaycanda 700-dən çox Aİ şirkəti fəaliyyət göstərir”

11:50 / 17.05.2022
923
"Bu günə qədər Avropa İttifaqı ölkələrindən Azərbaycan iqtisadiyyatına 20 milyard avro investisiya yatırılıb”.
Sfera.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Aİ Azərbaycanın strateji ticarət tərəfdaşlarındandır:
"Azərbaycanda 700-dən çox Aİ şirkəti fəaliyyət göstərir”.
Nazir əlavə edib ki, 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin artması gözlənilir.