MİDA məsələsi ilə bağlı daha çox adam saxlanıla bilər - "Proqramçılara pul verib ev tutanlar..."

MİDA məsələsi ilə bağlı daha çox adam saxlanıla bilər -
"MİDA ilə bağlı olaraq DTX 6 nəfərlik kiber qruplaşma yaradan şəxsi saxlayıb. Düşünürəm ki, bu şəxslərin sayı daha da çoxdur”.
 
Sfera.az bildirir ki, bunu bunu texno-bloqqer Fərid Pərdəşünas deyib. O qeyd edib ki, bu işlə fərdi şəkildə məşğul olanlar var:

"Kimə deyirsən, MİDA-dan ev alacam, "birinci hakerə pul verməlisən”, deyir.  Qiymətlər də artıq dəqiqdir -  3000-ə 1 otaq, 5000-ə 2 otaq və s. Bu biabırçılıqdır. "Haker olmadan mümkünsüzdür”, deyirlər. MİDA DTX-ə müraciət etməkdə doğru addım atıb. Amma bu iş bununla bitməli deyil”.

Texnoloq nəticələrin ləğv olunmasının tərəfdarı olduğunu əlavə edib:

"Hazırda proqramçılara pul verib, ev tutanlar qorxuya düşüb. Yüzlərlə gənc ailənin haqqına girilib, əvvəllər də bu halın olması istisna deyil. MİDA nəticələri ləğv edib, daha şəffaf sistemlə seçim etməlidir”.

Xatırladaq ki, ötən gün Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilib və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olunub.

Günay Rəsulqızı 
Sfera.az


OXŞAR XƏBƏRLƏR