Meteohəssas insanlara mühüm TÖVSİYƏ - Bunlardan imtina edin!

Meteohəssas insanlara mühüm TÖVSİYƏ - Bunlardan imtina edin!
Həkim Filip Kuzmenko meteohəssas insanların hava şəraitinin dəyişməsi ilə yaranan narahatlıqlarının aradan qaldırılması üçün müxtəlif yollardan danışıb.

Sfera.az xəbər verir ki, anomal istilərdən sonra soyuq hava şəraiti olduqda baş ağrısı, yorğunluq, halsızlıq simptomları daha çox müşahidə edilir.

Həkim zərərli vərdişlərdən, tənbəllik və qeyri-sağlam həyat tərzindən uzaq durmağa çağırıb.
"Sağlam həyat tərzi yaşayın. Belə hallarda həb qəbul etməyin.  İdman ilə məşğul olmaq, zamanında yatıb oyanmaq, düzgün qidalanmaq bu simptomlarla qarşılaşma ehtimalını minimuma endirəcək”.

Terapevt Viktor Lişin isə hava şəraitindən asılı olaraq əhvalı dəyişən insanlara duz qəbulunu azaltmağı tövsiyə edib.

Gülay