Məşhur şirkətin sürücüsü “Gelandewagen”lə qanunu heçə saydı - VİDEO

18:16 / 04.04.2022
3260
Bakıda bahalı maşınla qayda pozan sürücü kameraya düşüb.
Sfera.az xəbər verir ki, 90-AD-999 qeydiyyat nişanlı "Mercedes-Benz Gelandewagen” markalı avtomobilin sürücüsü aprelin 3-də, paytaxtın Ağa Nemətulla küçəsində sıxlıq zamanı əks yola çıxıb.
Sürücü qarşı yolla hərəkət edərək qaydaları kobud şəkildə pozub.
Məlumata görə, avtomobil məşhur lizinq şirkəti "Hermes Finance” QSC-yə aiddir.
Həmin görüntüləri təqdim edirik: