Məşhur müğənninin keçmiş arvadına qaynından zərbə - 2 il həbsi tələb olunur... - FOTO

Məşhur müğənninin keçmiş arvadına qaynından zərbə - 2 il həbsi tələb olunur... - FOTO
Müğənni Özcan Dəniz keçmiş həyat yoldaşı ilə yenidən gündəm olub.
 
Sfera.az bildirir ki, ifaçının qalmaqallı şəkildə boşandığı Feyza Aktan bu dəfə qaynından zərbə alıb.
 
Belə ki, Aktan illərdir Özcanın qardaşı Ercan Dənizə məxsus icarə şirkətinin avtomobilindən istifadə edib. Şirkət xəbərdarlıq məktubu göndərərək maşını geri qaytarmasını tələb etsə də, Feyzadan müsbət cavab gəlməyib. Nəticədə Ercan Deniz Aktanı məhkəməyə şikayət edib.
 

 
"Maşın Özcanın mənə hədiyyəsidir”, - deyən Aktan barəsində avtomobili qanunsuz istifadə etmə səbəbilə iddia açılıb və 2 ilə qədər həbsi tələb olunub. Ercan Deniz bildirib ki, keçmiş gəlinləri avtomobili geri qaytarmamaqla yanaşı, nəqliyyat vasitəsini zədələyib, həmçinin yol cərimələrini ödəməyib.
 
Xatırladaq ki, müğənni Özcan Dəniz 2016-cı ildə eşq yaşadığı Feyza Aktanla həmin ilin mart ayında ailə həyatı qurub. Məşhur cütlüyün Kuzey adlı oğulları var. Cütlük 2019-cu ildə şiddətli uyğunsuzluq iddiaları ilə boşanıb.
 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR