Məşhur müğənni sevgilisini bir alboma alıb? - 7-ci ər namizədi ilə bağlı iddialara CAVAB

Məşhur müğənni sevgilisini bir alboma alıb? - 7-ci ər namizədi ilə bağlı iddialara CAVAB
Türkiyəli müğənni Səda Sayan haqqında yayılan iddialara cavab verib.

Sfera.az bildirir ki, ifaçı özündən 23 yaş kiçik sevgilisi Çağlar Öktenə verdiyi albom vədinin yalan olduğunu deyib. Bu barədə TV8 ekranlarında yayımlanan "2. Sayfa” proqramına danışan Sayan söz-söhbətləri təhqir adlandırıb:

"Nəyinsə qarşılığında albom vəd etməyim həm mənə təhqirdir, həm də Çağların musiqiçi şəxsiyyətinə!  5 il əvvəl evliliyini rəsmi şəkildə bitirən və övladı olan kişi ilə evlənirəm. Xahiş edirəm, məni heç kimlə qalmaqala sövq etməyin”.
 


Xatırladaq ki, Səda Sayanın yaxın zamanlarda evlilik təklifi aldığı sevgilisinə əvvəlki münasibətini bitirməsi üçün albom təklif etdiyi irəli sürülmüşdü. Belə ki, musiqiçi Çağlar Öktenin 3 ay bundan qabaq Lara Şehiroğlu ilə 4 illik münasibəti olduğu, hətta evlilik planları qurduğu ortaya çıxmışdı. İddialara görə, Səda Çağlara, "Münasibətini bitir, qarşılığında sənə albom çıxartdıraram”, - deyib. Ardınca gənc musiqiçi bir gecədə Lara ilə əlaqəni bitirib.
 

 
Türkan

OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

“Şorgözlük məsələsində kişilərin günahı yoxdur" - İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı

Türkiyəli müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı, İdonun anası Derya Tuna diqqətçəkən açıqlamalar verib.   Sfera.az bildirir ki, Tunanın qadın v...

"Heç kimlə sevgili ola bilməyim deyə müqaviləyə xüsusi maddə əlavə etdirib" - Müğənninin keçmiş həyat yoldaşından şok sözlər

Türkiyəli müğənni Özcan Dənizdən qalmaqallı şəkildə boşanan Feyza Aktan son açıqlamaları ilə gündəmə gəlib.   Sfera.az bildirir ki, "2.Sayfa” verilişinə ...

Firəngiz Mütəllimova: "Məni şantaj etmək istəyirdilər" - MÜSAHİBƏ

Azərbaycan Xalq artisti Firəngiz Mütəllimovanın "Report" İnformasiya Agentliyinə müsahibəsi - Firəngiz xanım, necəsiz? Özünüzü necə hiss ed...

Yaraşıqlı aktyor boşandı - Ödəyəcəyi aliment miqdarı müzakirə mövzusu oldu

Türkiyəli aktyor İbrahim Çelikkol və həyat yoldaşı Mihre Çelikkolun boşanma davasının təfərrüatları ortaya çıxıb.   Sfera.az bildirir ki, məhkəmə protoko...

"Azərbaycanın ən yaraşıqlı kişisi" iş axtarır: "Sahənin fərqi yoxdur..."

Bir vaxtlar "Azərbaycanın ən yaraşıqlı kişisi" kimi təqdim edilən tanınmış model, aktyor Rüstəm Cəbrayılovun son paylaşımı təəccübləndirib.   Sfera.az bi...