Məşhur müğənni evli iş adamı ilə münasibətdədir? – Onu boşanmağa vadar edirmiş...

Məşhur müğənni evli iş adamı ilə münasibətdədir? – Onu boşanmağa vadar edirmiş...
Türkiyəli müğənni Ebru Gündeş haqqında yeni iddialar ortaya atılıb.İfaçının evli iş adamı Murat Özdemirlə yeni münasibətə başladığı və onu boşanmağa vadar etdiyi irəli sürülüb. 
 
Sfera.az bildirir ki, bu barədə yazar Ufuk Özcan yazı dərc edib.
 
O bildirib ki, iş adamının həyat yoldaşı Selin Kabaklı ona zəng edərək məlumat verib. 
 
"Türkiyənin ən böyük səslərindən biri olan Ebru Gündeşin son zamanlar iş adamı Murat Özdemirlə yeni eşq macərası yaşadığı ilə bağlı xəbərlər yayılıb. Hətta Özdəmirin evli olduğu iddia edilirdi. Bu hadisə ilə bağlı mənə bir neçə telefon zəngi gəldi. Murat Özdemirin həyat yoldaşı Selin xanım ortaq dostlarım vasitəsilə mənə müraciət etdi. O, əri Murat Özdemirin Ebru Gündeşə görə ondan boşanmaq üçün məhkəməyə müraciət etdiyini və razılıq əsasında ayrılmaq üçün ona təzyiq etdiyini, hətta boşanma kağızlarını da imzaladığını söylədi. Ortada ailəsini qurtarmağa çalışan qadın olduğunu unutmaq olmaz”, - U.Özcan fikirlərini belə qeyd edib.

Türkan
Sfera.az



 

OXŞAR XƏBƏRLƏR