Məşhur akytordan ACI QƏRAR - Ağrısız ölümü seçdi - FOTO

Məşhur akytordan ACI QƏRAR - Ağrısız ölümü seçdi - FOTO
Məşhur fransız aktyor Alen Delon evtanaziya ilə həyatına son qoymaq istədiyini açıqlayıb.

Sfera.az bildirir ki, buna səbəb kimi o, xəstəliklərlə mübarizəsini göstərib. 



Belə ki, 86 yaşlı aktyor oğlu Antonidən onun ölümünə kömək etməsini istəyib. "Qocalmaq pisdir! Əlimizdən heç nə gəlmir. Gözümüzü və görmə qabiliyyətimizi itiririk. Ayağa qalxa bilmirik, ağrı hiss edirik. Bu, böyük əzabdır. Yaşlandıqca xəstəxanalar və ya iynələr olmadan sakitcə getmək hüququmuz var”, - deyə Delon söyləyib.

Xatırladaq ki,  Delon 2002-ci ildə depressiyadan əziyyət çəkib və intihara cəhdi ilə gündəmə gəlib.

Qeyd edək ki, evtanaziya -  tibbi bir anlayış olaraq, sağalmaz bir xəstəlik səbəbi ilə dözülməz ağrılar çəkən xəstəyə tətbiq edilən ağrısız ölüm mənasını ifadə edir.

Türkan

OXŞAR XƏBƏRLƏR