“Mercedes”lə vurulan piyada öldü

15:51 / 01.04.2022
1319
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə ötən gün Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Saat 22 radələrində qəsəbə sakini A.İsmayılov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Etibar Sadıqovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.