Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər dindirilib

Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər dindirilib
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən Şərqiyyə Mərdanova bildirib ki, təcili olaraq pul lazım olduğu üçün təqsirləndirilən şəxsə məxsus lombarda qızıllarını girov qoyub:

"2019-cu il noyabrın 1-də Lökbatandakı lombarda gedib qızıllarımı qoyub 200 manatı götürmüşəm. Sonra pulu qaytarıb qızıllarımı almaq istəyəndə dedilər ki, Maqsud onları götürüb ölkədən qaçıb. Lombardın qarşısında mənim kimi bir neçə zərərçəkmiş də var idi. Şikayətimdən təxminən 1 ay keçəndən sonra Mədinə İsrafilova məni lombarda dəvət edərək qızıllarımı qaytardı. Maqsudla bağlı şikayətim yoxdur".

Digər zərərçəkmiş Ülviyyə Hümbətovanın sözlərinə görə, Lökbatan qəsəbəsində yerləşən lombarda özünə məxsus qızılı Mədinə İsrafilovaya verərək pul götürüb və ödəniş edəndən sonra elə o şəxsdən də geri alıb: "Maqsudu tanımıram və onu lombardda görməmişəm. Mənə söylədilər ki, lombard bağlanıb, hamı kimi biz də polisə şikayət etdik".

Məhkəmənin növbəti iclası aprelin 6-na təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir. 
 
(report)

OXŞAR XƏBƏRLƏR

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib. Sfera.a...

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub. Sfera.az bildirir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə...

Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib

Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş ver...