Maqsud Mahmudovun məhkəməsində QIZIL SÖHBƏTİ: "Anamın yadigarını..."

Maqsud Mahmudovun məhkəməsində QIZIL SÖHBƏTİ:
Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sfera.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Prosesdə hakim bildirib ki, bəzi zərərçəkmiş və şahidlər məhkəmə prosesinə gəlməkdən imtina edir. Həmin şəxslər məhkəmə orqanlarından ehtiyat edirlər.
Hakim bildirib ki, prosesə gəlmək istəməyənlər əvvəlcədən bu barədə məhkəməyə məlumat verməlidir.

Məhkəmədə ifadə verən zərərçəkmiş Xalidə Hüseynova bildirib ki, Maqsud Mahmudovla bağlı heç bir şikayətim yoxdur:

"Pulu qaytarandan sonra qızılı vermədilər. Bir müddət keçəndən sonra qızılı aldım. Bilirdim ki, Maqsud lombardın sahibidir. Amma mən nə pul alanda, nə qızıl verəndə Maqsudu görməmişəm. Mən pulu Mədinəyə vermişəm, qızıllarımı da ondan almışam”.

Digər zərərçəkmiş Hicran Məmmədova isə ifadəsində qızının Maqsudun qızılları götürüb qaçdığını deyib:

"Ona görə də məhkəməyə gəlmirdim. Lombarda 750 əyarlı qızıl üzük, 14 qramlıq qızıl boyunbağı qoyub 600 manat götürmüşəm. Pulu vaxtında ödəmişəm, ödəyəndən sonra qızıllarımı ala bilmədim. 

Qızım mənə zəng vurdu ki, ana, Maqsud qızılları götürüb qaçıb. Gəldim ki, hamı yığılıb, qızılını istəyir. Mən də şikayət etdim. Polisə şikayətimdən 2 aydan sonra qızıllarımı aldım".

Zərərçəkmiş Taleh Feyzullayevin sözlərinə görə, şikayətdən 7 gün sonra qızılı geri alıb:

"Qızıl qoymuşdum, eşitdim ki, həmin lombard bağlanır. Lombardın qarşısına getdim. Çatanda gördüm ki, hər kəs yığışıb lombardın qarşısına polisə şikayət edir. Mən də şikayət etdim. 

Mən şikayəti əsas pulu ödəməmişdən qabaq etmişdim. Şikayətimdən 7 gün sonra pulu ödəyib, qızılımı götürdüm”.

Zərərçəkmiş Ramin Hacıverdiyev deyir ki, şikayət edəndə əsas borcumu ödəməmişdim:

"Mənim 650 manat borcum vardı. Onun 350-ni ödədim, 300 qaldı. Qalan borcu ödəmək üçün gedəndə gördüm ki, lombard bağlıdır. Hər kəs şikayət edir. Mən də şikayət etdim. Şikayətimdən 20 gün sonra 300 manatı ödəyib, qızılımı geri aldım. Maqsudu tanımıram. Qızılı verəndə, pul ödəyəndə heç zaman görməmişəm”. 

Zərərçəkmiş Nadir Mahmudov deyir ki, anamdan yadigar qalan saatı hələ də ala bilmirəm:

"Maqsud bəyi lombardda görmüşəm. Amma şəxsi  əlaqəmiz yox idi. Onu lombardın sahibi kimi tanıyırdım.  Əvvəl 300 manat götürmüşdüm. 100 manat artırdım, 400 manat borcum oldu. Qızıl saat mənə anamdan yadigar qalmışdı. O saat bizim ailəvi dəyərimiz idi. Pulumu ödəsəm də hələ də saatı ala bilmirəm. Lombard da indi bağlıdır. Mən o saata 3 il pul ödəmişəm. Saatın mənəvi dəyəri böyükdür.  Mənə saat dəyərində pul yox, saatın özü lazımdı. Qədim saat idi”.

Məhkəmənin növbəti iclası martın 16-a təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkən var.

OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...