Makrondan Avropaya XƏBƏRDARLIQ: "Qarşıdakı həftələr və aylar..."

Makrondan Avropaya XƏBƏRDARLIQ:
"Münaqişə başa çatdıqdan sonra Rusiya və Ukraynanın iştirakı ilə danışıqlar masası arxasında sülhün əldə olunmasını razılaşdırmaq lazımdır". 
 
Sfera.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinin Avropanın gələcəyinə dair konfransından sonra keçirilən mətbuat konfransında deyib.
 
"Bizim məsuliyyətimiz münaqişəni Avropanın digər hissələrinə yaymadan atəşkəsə nail olmaqdır.
 
Sabah bizə sülh qurmaq lazım gələcək və bu, Ukrayna və Rusiyanın iştirakı ilə danışıqlar masası arxasında baş tutmalıdır.
 
Bu danışıqların şərtlərini Rusiya və Ukrayna müəyyən edəcək. Bu, heç bir tərəfi inkar etmədən və ya aşağılamadan edilməlidir", - Fransa lideri bəyan edib.
 
O əlavə edib ki, qarşıdakı həftələr və aylar çətin olacaq və Avropadan lazımi səylər və birlik tələb olunacaq.
 
Makron xatırladıb ki, Avropa layihəsi (red: 2-ci dünya) müharibədən sonra bir daha təkrarlanmamaq arzusu ilə yaranıb.
 
Rusiya prezidenti Vladimir Putinin Qələbənin ildönümü şərəfinə keçirilən paraddakı çıxışı ilə bağlı jurnalistin sualını cavablandıran Makron bildirib ki, o, heç vaxt liderlərin çıxışlarını şərh etmir. Bununla belə, o, hesab edir ki, Moskvadakı mərasimdə döyüşçü qeydləri var, həmin gün Strasburqda keçirilən konfrans isə Avropa sülhünə həsr olunub./Publika/

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...